depressiya

Qış depressiyasından necə qurtulmaq olar? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 280

Qış mövsümü özü ilə bərabər bir çox problem gətirdiyi kimi, depressiyaya da səbəb ola bilir. Ekspertlər bildirir ki, payız ayının sonu, qış mövsümünün əvvəlində serotonin və melatonin hormonlarının səviyyələrində dəyişiklik olur, hansı ki, bu da əbval-ruhiyyəyə çox böyük təsir göstərir. Gün işığının azalması, gecənin uzanması melatonin hormonunun artmasına, serotonin hormonunun azalmasına səbəb olur. Nəticədə depressiya halları ortaya çıxa bilir.

Qış depressiyasının əlamətləri hansılardır, ondan necə qurtulmaq olar?

 

Psixoloq Ramil Nəcəfli mövzu ilə bağlı aşağıdakıları dedi: “Ümumiyyətlə, qış depressiyası payız ayının sonları, qışın əvvəlində mövcud ola bilən bir depressiyadır. Statistikaya görə hər 10 nəfərin 3-də qış depressiyasına rast gəlinir. Payızdan etibarən gecənin uzanması, gündüzün qısalması soyuq havaların başlanması və insanların getdikcə daha qapalı, yığcam mühitə düşməsi, Günəş istisi ilə təması az olması üzündən qış depresssiyası yarana bilir.

Qış depressiyasının əlamətləri hansılardır? Bu zaman insan özünü xoşbəxt hiss etmir, ümidsizliyə qapanır, çox şeylərə qarşı istəksiz olur, dost və yoldaşları ilə əlaqələri, ünsiyyəti azlatmağa başlayır, iş və hərəkət motivasiyası azalır, əksər hallarda özünü dəyərsiz hiss edir. Həmçinin zamanla insanda günahkarlıq duyğuları ortaya çıxır, yuxusuzluq və yaxud həddindən artıq çox yatmağa meyli olur, iştahası azalır və yaxud əksinə, daha çox yeməyə başlayır,  bir qədər əsəbilik, gərginlik hiss olunur. Bütün bunlar qış depressiyasına xarakterik olan xüsusisyyətlərdir.

Ümumilikdə isə, elə bir insan yoxdur ki, həyatında bir dəfə də olsun depressiya yaşamasın. Bəzən bu hal hansısa qəza zamanı alınan travmadan, yaxınlarının və yaxud sevgi itkisi zamanı, bəzən də hanssıa ictimai-siyasi proseslər, yaranmış iqtisadi problemlər nəzdində ortaya çıxa bilir. Buna kütləvi depressiya deyilir. Qış depressiyasının əsas səbəbi isə, qeyd etdiyim kimi, Günəş istisi ilə təmasın azalmasıdır.

Bəs qış depressiyasından necə qurtulmalı? Mümkün qədər gün işığından daha çox faydalanmalı, açıq havada gəzib-dolaşmaq, yaşadığınız otağın havasını tez-tez dəyişdirmək lazımdır. Çox yaxşı olardı ki, həm xanımlar, həm də kişilər idmanla məşğul olsunlar. İdmanla hansısa gözəl bədən quruluşu əldə etmək o qədər vacib deyil, əsas odur ki, idmanı, hərəkətliliyi həyat tərzimizə çevirə bilək. Bu zaman insanda xoşbəxtlik hormonları da artır.

Həmçinin düzgün yuxu rejiminə riayət etmək lazımdır. Nə çox yatmaq, nə də çox gec saatlarına qədər oyaq qalmaq doğru deyil. Sağlam qidalanamaq əsas şərtlərdən biridir. Məlum olduğu kimi qış mövsümündə şiniyyatlı qidadalar meyillik daha da artır. Bu da müəyyən problemlərə səbəb ola bilir. Çalışmaq lazımdır ki, karbohidratlı qidalardan az istifadə edilsin. Sosiallaşmağa, dost-yoldaşa da zaman ayırmaq, görüşmək də çox əhəmiyyətlidir”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir