AILE

Ailə strategiyası bu il qəbul edilə bilər

Baxış sayı: 1. 854

“Azərbaycan Respublikasının Ailə Strategiyası”nın bu il qəbul edilməsi nəzərdə tutulur.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyir.

Komitə sədrinin sözlərinə görə, ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazası mövcuddur.

H.Hüseynova əlavə edir ki, yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir:

“Həmçinin qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını zəruri edir. Bununla bağlı “Azərbaycan Respublikasının Ailə Strategiyası” layihəsi hazırlanır və bu il həmin sənədin qəbul edilməsi nəzərdə tutulur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir