“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Ukrayna mətbəxi haqqında məlumat verəcəyik.
Haqqında danışdığımız Ukrayna mətbəxi dünyada özünəməxsus yer tutması ilə seçilir. Bu ölkənin kulinariya nümunələri xususən Şərqi Avropada məşhurdur. Yerli mətbəx nümunələri ölkənin regionlarına görə müxtəlifliyi ilə fərqlənir.
Ukraynada şorba xüsusi ilə geniş yayılmışdır. Məsələn, çuğundur, kələm, kartof, pomidor, yerkökü, soğan, sarımsaq ilə hazırlanan tərəvəz şorbası olan borşu qeyd etmək yerinə düşər. Ümumiyyətlə, Ukrayna borşunun təxminən 30 növü var var və bəzi borş növlərinə ət və ya balıq daxil edilir. Bundan əlavə, donuz əti və kələm ilə hazırlanmış Kapusniak , duzlu xiyar ilə hazırlanan Rosolnik, ət, balıq, göbələk və müxtəlif tərəvəz turşusu ilə hazırlanan qalın, ədviyyatlı, turşlu şorba olan Solyanka, bibər və müxtəlif növ balıqlardan hazırlanan Yuşka, doğranmış yumurta, xama qarğıdalı və digər müxtəlif tərəvəzlərlə hazırlanan Yaşıl borş kimi şorbaları da vurğulamaq lazımdır.
Ukrayna mətbəxi həmçinin salatları ilə də tanınır. Bu mənada yerli əhalinin kovbasa adını verdiyi və qaynadılmış donuz, toyuq və ya mal ətindən hazırlanan salatı, həmçinin yağlı balıq ilə hazırlanan salonu, ət və ya balıq ilə hazırlanan xolodeti, eləcə də bişirilmiş çuğundur, bişirilmiş və doğranmış kartof, soğan, yerkökü, bəzən günəbaxan yağı və duzla qarışdırılaraq hazırlanan Vineqred salatını qeyd etmək olar.
Yerli əhali çörəkdən çox istifadə etməsi ilə seçilir. Təsadüfi deyil ki, yerli mətbəxdə babka, bublik, kalaç, korovay, palyanitsia, pampuşi və s. bir neçə adda çörək növü var.
Ukrayna mətbəxində içkilər də xüsusi yer tutur. Bu baxımdan əsas qeyd olunmalı olanlar isə horilka, ber, vayn, mid, valivka kimi alkoqollu və üzvar, kvas, kəfir və ryazanka kimi alkoqolsuz içkilərdir.
Hazırladı: Aydan Kərimli