Əgər vaxtınız yoxdursa və mütləq yemək hazırlamalısınızsa, təqdim etdiyimiz asan yemək resepti məhz sizin üçündür. Beləliklə, çox tez hazırlanan, dadlı və ləzzətli xörəyin reseptini təqdim edırik:
İnqrediyentlər:
Kartof
Pendir
Bekon (hisə verilmiş, duzlanmış donuz əti)
Kartofun qabığını təmizləyin. Üzərində kəsiklər açın. Amma kəsiyi sona qədər açmayın. Kartof sanki bir qarmona və ya yelpiyə bənzəməlidir. Aşağıdakı fotolara nəzər salın. Duz, istiot vurun.
Kartofların kəsiyinə bir dilim pendir, bir dilim bekon qoyun.
Kartofu folqaya bükün və sobada 40 dəqiqə bişirin. İstəsəniz folqanın içərisinə 1-2 diş sarımsaq da ata bilərsiniz.
Nuş olsun!