motosiklet

İki təkərli qatil – artan və can alan motosiklet qəzaları

Baxış sayı: 954

İki gün öncə Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Ekoloji Nəzarət postunun yaxınlığında Malik adlı sürücünün idarə etdiyi motosiklet qəza törədib.

Nəticədə həmin sürücü və başqa bir nəfər xəsarət alıb, bir gənc qız isə hadisə yerində dünyasını dəyişib.

 

MOTOSİKLET VURANLAR, MOTOSİKLETLƏ ADAM VURANLAR…

“Yeni Müsavat” xatırladır ki, motosiklet qəzaları son zamanlar geniş yayılıb. İstər bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayında özünü göstərən artım, istərsə təhlükəsizlik qaydalarına əməl edilmədən ondan istifadə edənlərin çoxluğu bu sahədə problemlərə səbəb olur. Son bir ilin motosiklet qəzaları detallarına diqqət edək.

Bir müddət öncə Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Aran qəsəbəsi yolunda qeydə alınıb. Sürətlə hərəkətdə olan avtomobilin motosikletə yandan sürtərək keçməsi səbəbindən motosiklet sürücüsü, 1974-cü il təvəllüdlü İlqar Əliyev idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.  Nəticədə özü və sərnişini 34 yaşlı Nəsimi Rzayev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

 

Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.  Hadisə 2018-ci ilin iyunun 9-dan 10-a keçən gecə rayonun 3 Tala kəndi ərazisində baş verib. Rayonun Fındıqlı kənd sakini, 30 yaşlı Qurban Yusif oğlu Xəlilov idarəetdiyi “İJ” markalı qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə motosikleti yolun kənarındakı ağaca vurub.

Xəlilov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. Motosikletdə olan sərnişin, Fındıqlı kənd sakini 1988-ci il təvəllüdlü Xəyal Sakit oğlu Zurabov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Motosiklet kazaları ile ilgili görsel sonucu

Bu ilin 29 mayında Bakının Suraxanı rayonunda piyada yol qəzasında xəsarət alıb.  Hövsan qəsəbəsində 39 yaşlı Cəbrayılova Gülşən Tofiq qızını motosiklet vurub. Yarali xəstəxanaya yerləşdirilib.

Dünya miqyasında, şəhərlərdə insanların sayının artması və nəqliyyat xaosuna görə motosikletdən istifadə edənlərin sayı sürətlə artır. Şəhər həyatındakı tıxac və parkinq probleminə görə insanlar üçün motosikletdən istifadə daha əlverişli sayılır. Araşdırmalara görə, 2021-ci ildə dünya miqyasında motosiklet sayının 160 milyona qədər artması gözlənilir. Bununla bərabər, nəqliyyatda motosiklet qəzaları da artış göstərir.

 

MOTOSİKLET ÜÇÜN SÜRÜCÜLÜK VƏSİQƏSİ ALANLARIN 36 FAİZİ QADINDIR

Motosikletdən istifadəyə qadınların da maraq göstərdiyi görünür. 2010-cu ildən bu günə qədər qadınların nəqliyyat vasitəsi olaraq daha çox motosikletə yönəlməsi geniş vüsət alır. 2004-cü ildə qadınların motosikletdən istifadəsi 25 faiz idisə, 2010-cu ildə 46 faizə qədər yüksəldi. Qadınların motosikletdən istifadəsi məsələsində zirvəyə çatdığı il isə 2013-cü ildir. 2017-ci il rəqəmlərinə görə, motosiklet üçün sürücülük vəsiqəsi alan 100 nəfərdən 36-sı qadındır.

Motosiklet kazaları ile ilgili görsel sonucu

HƏR İL 44 MİN 855 MOTOSİKLET QƏZASI OLUR

Motosikletdən istifadə ilə bağlı insanların ən çox narazı qaldığı məqam isə təhlükəsizlikdir. Motosikletlərin, maşınlara görə daha təhlükəli olduğu insanlar arasında tez-tez dilə gətirilir. Təəssüf ki, motosiklet qəzaları da ildən-ilə artır. Məlumatlar onu göstərir ki, qəzaların 15 faizi motosikletlərin payına düşür. Bu da 44 min 855 qəza deməkdir. Maşınların qəzaya qarışma faizi yüzdə 53 olsa da, bu, motosiklet qəzalarının artmasını göstərir.

 

Keçək bu qəzaların baş vermə səbəblərinə:

1.Lazımi təhsilin alınmamış olması;

Motosiklet qəzaları araşdırılan zaman aydın olur ki, bu qəzaya qarışan şəxs ya sürücülük vəsiqəsinə sahib deyil, ya da sürmə texnikası ilə bağlı təhsili yoxdur. Çevrəsindən öyrənərək motosiklet sürən fərdlərin nəqliyyatda meydana gələ biləcək təhlükəli vəziyyətlərə qarşı necə davranacaqlarını bilməmələri qəza səbəblərinin ən bariz olanıdır.

Motosiklet kazaları ile ilgili görsel sonucu

Motosikletin keçid haqqına hörmət edilməməsi;

Nəqliyyatda hər motorlu nəqliyyat vasitəsi (təcili yardım, yanğınsöndürmə maşını, rəsmi maşınlar xaric) eyni haqlara sahibdir. Amma çox vaxt maşın, yük maşını və avtobus sürücüləri bu haqlara hörmət etmədən məsuliyyətsizcəsinə davranırlar. Xüsusən də motosikletin nəqliyyat vasitəsindən sayılmaması və keçid haqqına sayğılı olmaması motosiklet qəzalarının bir digər səbəbidir. Bu və buna bənzər nəticəni nəzərə alaraq motosiklet sütücülərinin təhlükəli hərəkətlərdən qaçmaları lazımdır.

Motosiklet kazaları ile ilgili görsel sonucu

Yol qüsurlarının sürüşlərə təsir göstərməsi;

Rəsmi açıqlamalara görə, yol qüsurları üzündən illik olaraq meydana gələn qəza sayı ümumi qəzaların 2-3 faizi civarında olsa da, bilinən qəza səbəblərindən biri olaraq qarşımıza çıxmaqdadır. Yollarda meydana gələn çuxurlar və ya namütənasib zəminlər, sürücünün nəzarəti itirməsinə səbəb olaraq motosiklet qəzalarının meydana gəlməsinə səbəbiyyət verir.

 

Nəqliyyat qaydalarına əməl edilməməsi;

Motosiklet sürücülərindən taksi və avtobus sürücülərinə qədər bir çox insan nəqliyyat qaydalarını pozaraq qəzaya dəvətnamə verir. Qırmızı işıqda keçmək, xətalı manevr etmək və ya sürət limitlərini diqqətə almamaq üzündən ən çox baş tutan hadisə motosiklet qəzasıdır. Bunun nəticəsində qəzaya qarışanlar böyük zərərlər görürlər.

 

Sərxoş vəziyyətdə və sürətli motosikletdən istifadə etmək;

Sərxoş vəziyyətdə və sürət həddini aşaraq motosikletdən istifadə hər nə qədər qanunlarla dayandırılmağa çalışılsa da, sürücülərin məsuliyyətsiz davranışları üzündən qadağan oluna bilməməkdədir. Spirtli içki diqqət dağınıqlılığına və nəzarətsiz sürüşlərə səbəb olduğu üçün bəsit bir durumda belə böyük qəzalara səbəb olmaqdadır. Yüksək sürət isə reaksiya vermə müddətini ortadan qaldıraraq riskli durumlarda istənilən hərəkətləri etməyi əngəlləyir və motosiklet qəzalarına dəvətnamə göndərir.

 

Pis hava şərtlərində diqqətsiz davranmaq;

Hər sürücünün qorxulu röyası: buzlu, qarlı və ya yağışlı yollarda maşın sürməkdir. Pis hava şərtlərində nəzarəti itirmə ehtimalı normal sürüşlərdən qat-qat daha asandır. Ən kiçik bir yanlışlıqda geri dönüşü olmayan hadisələrə səbəb ola biləcəyi üçün pis hava şərtlərində diqqətsizliyi də motosiklet qəzalarının bilinən səbəblərindən bir dənəsi olaraq qiymətləndirə bilərik.

 

Motosikletdəki problemlərinin diqqətə alınmaması;

Motosikletdəki problemlər qəzalarda hər nə qədər digər vəziyyətlər qədər təsirli olmasa da, illik meydana gələn qəzaların 1 faizinin səbəbləridir. Diqqətə alınıb, düzəldilsə, bəsit bir şəkildə yoluna qoyula biləcək motosikletdəki nasazlıqlar qəzalara səbəb olaraq şikəst qalmalara və hətta ölümlərə səbəb ola bilməkdədir.

 

Sürücünün görünən olmayan geyimlər seçməsi;

Motosiklet qəzalarında sürücülər tərəfindən ən çox eşidilən cümlələrdən bir dənəsi gələn motosikleti və ya sürücünü görə bilmədikləri və bu səbəbdən də qəzanın baş verməsidir. Motosiklet sürücülərinin görünən olmayan geyimlər geyinməsi bu sözlərin söylənməsinin ən böyük səbəbidir.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir