pilleler

Uğur qapısını açmaq üçün 10 sirr

Baxış sayı: 1. 099

Uğur, kiminsə dəstəyi və ya şansla əldə olunacaq şey deyildir. Həyatda müvəffəqiyyət qazanmaq üçün mütləq bir əmək sərf etmək lazımdır. Heç bir uğur təsadüfi olmur. Bir gün Platondan soruşulur: “İnsanda sizi ən çox təəccübləndirən iki davranış nədir?”

Platon isə sualları belə cavablandırıb: “Uşaqlıqdan sıxılıb tez böyümək üçün tələsərlər. Amma böyüyəndə uşaqlıq vaxtları üçün darıxarlar. Pul qazanmaq üçün sağlamlıqlarını qurban verərlər. Sonra da sağlamlıqlarını bərpa etmək üçün pul xərcləyərlər. Sabahları üçün narahat olar və bu günü unudarlar. Beləliklə də, nə bu günü, nə də sabahı yaşayarlar. Heç ölməyəcək kimi yaşayar, ancaq heç yaşamamış kimi ölərlər.”

Platonun dərin mənalı bu fikirləri həyatda əsas deviziniz olsun. Uğurun qapısını açmaq üçün isə o tövsiyələrlə yanaşı, 10 sirri də bilməyiniz lazımdır:

1)Doğru zamanda və doğru yerdə, doğru işi seçmək.

2)Müvəffəqiyyətli insanları özünüzə ideal olaraq seçmək.

3)Hansı işi etməyinizdən asılı olmayaraq, nəsə ixtira etməyə cəhd edin.

4)Sağlam, real və məntiqli layihələr üzərində çalışın.

5)İşə başlamazdan qabaq risk faktorlarını hesablayın.

6)Özünüz üçün yaxşı bir iş planı hazırlayın.

7)Heç zaman yorulmayın. Müvəffəqiyyətə gedən yolda şübhəsiz ki, uğursuzluqlar da ola bilər.

8)Dövlətin dəstəklədiyi sahələrə sərmayə qoymağa çalışın.

9)İnsanların nələri bəyəndiyini və nələrdən şikayət etdiyini yaxşı analiz edin.

10)Platonun da dediyi kimi sağlamlıq hər şeydən vacibdir, sağlamlığınıza fikir verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir