selfie

Yaxşı “selfie” çəkməyin 10 qaydası

Baxış sayı: 1. 850

1. Aşağıdan çəkməyin. Ən yaxşı «selfie»lər kameranın təxminən gözlə bərabər səviyyədə tutulduğu «selfie»lərdir.

2. Özünüzün ən yaxşı tərəfini göstərin. Bir neçə kadr çəkməyə cəhd edin. Bu halda hansı tərəfinizin daha fotogenik olduğunu aydınlaşdıra bilərsiniz: sağ, yoxsa sol tərəf?

3. Əllərinizə fikir verin. Fotonu çəkəndə qolunuz düşməsə, daha yaxşı olar. Barmaqlar, yaxud dirsək görünən «selfie» qeyri-ciddidir.

4. Güzgü qabağında çəkdirəndə işığı söndürün. Yoxsa şəkildə gördüyünüz vəziyyət yaranacaq. İşıq fotonu tamamilə məhv edir.

5. Elə tərəfdə dayanın ki, işıq düşən yerlə üzbəüz dayanasınız. Arxanızı pəncərəyə tərəf deyil, üzünüzü pəncərəyə tərəf çevirin. Bu halda həm foto keyfiyyətli çıxacaq, həm də bütün gözəlliyiniz ortada olacaq.

6. Təkcə “İnstagram”ın deyil, digər tətbiqetmələrin də təklif etdiyi foto effektlərindən istifadə edin. Hətta adamı arıq göstərən effektlər də var. 

7. Kameraya işləmə, qoy kamera sənin üçün işləsin. Yaxşı «selfie» üçün duruş önəmlidir təbii ki. Siz gözəl bir insanlar söhbət edirmişsiniz kimi dura bilərsiniz məsələn. Başqa bir variant isə bir neçə foto çəkib birini seçməkdir.

8. Sıradan bir «selfie» əvəzinə maraqlı nəsə düşünə bilərsiniz. Yeniliklər hər zaman maraqlı qarşılanır.

9. Mühüm məsələlərdən biri arxa fondur. Arxa fonda artıq adamların olmadığına fikir verin. Ən əsası isə çirkli arxa fon seçməyin. Yuyulmamış qab-qacaq, yığılmamış yorğan-döşək və s. məsələlərə diqqət edin. Yaxşı seçilmiş arxa fon uğurlu «selfie»nin 90 faizi deməkdir.

10. Dodaqların büzülməsi mənasını verən «duck face» (ördək sifəti) pozasında dayanmayın. Çalışın gülümsəyin. Səhər tezdən “İnstagram«da gəzişən adama sizin pozitiv sifətiniz daha yaxşı təsir göstərir, nəinki ördək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir