yuxu

Bəzi qidalar yuxu gətirirmi?

Baxış sayı: 1. 148

Bəzi qidaların insanı ağırlaşdırdığı, yuxu gətirdiyi deyilir. Bu iddia nə dərəcə həqiqətə uyğundur?

Sobada bişən hinduşka yuxu gətirən yeməklərin ən birincisidir. Onu yedikdən sonra, bir çoxu yuxu basmasından şikayət edir. Bəs yuxunun qaynağı həqiqətən də hind toyuğudurmu?

Hinduşkanın günahlandırılmasının səbəbi, tərkibindəki L-triptofan maddəsidir. Lakin, yumurta ağı, navaqa balığı kimi, tərkibində bu maddə olan başqa qidalar da var.

Bəzi qidaların insana yuxu verdiyi iddiasını anlamaq üçün, vücudun və beyinin yeməklərdəki ərzaqları necə qəbul etməsinə nəzər salmaq lazımdır.

L-triptofan, bədən üçün gərəkli əsas amniositlərdən biridir. Bu amniosidi vücud özü hazırlamır, qidalardan alır. Xalq arasında xoşbəxtlik hormonu kimi bilinən, serotininin hazırlanmasında da istifadə olunur. Serotinin meyvə milçəklərində yuxuya səbəb olduğu bəllidir. Bəlkə insanlarda da yavaş-yavaş ağırlığa yol açır.

Triptofan dərman kimi qəbul olunduğunda, yuxu problemi olanlara kömək ola bilər. 2002-ci ildə aparılan bir tədqiqatda, triptofan səviyyəsinin azaldıldığı insanlarda yuxu probleminin ortaya çıxması görülüb.

Masada yuxuya gedən qadın

Ancaq, araşdırmalarda, bu maddənin təsiri ilk göründüyündən daha fərqlidir. Yeməklə alınan triptofan, dərman kimi qəbul olunandan fərqlidir. Yeməkdə o, başqa maddələr ilə bir yerdədir.

Qidadakı proteində böyük neytral aminoasitlər də mövcuddur və bunlar qan-beyin baryerinin aşmaq üçün tritpofanla rəqabətdədir.

 

Triptofan tərkibli qidaların serotinin istehsal etməsi üçün, digər qidalarla rəqabət etməyəcək formada ac qarnına yemək gərəkdir. Amma, triptofan tərkibli qidanın, başqa bir aminoasit tərkibli olmaması lazımdır ki, bu mümkün deyil.

Lakin, triptofanın keçməsini təmin edəcək bir başqa üsul ola bilər. Yuxu problemi olan insanlarla Kanadada aparılan bir araşdırmada, könüllü iştirakçılara qabaq tumu tərkibli yeməklər verilir. Qabaq tumu yüksək səviyyədə triptofana sahibdir. Bu qidalara üzüm şəkəri (qlükoza) əlavə olunduğunda, yuxunun artması müşahidə edilib

Çünki şirin karbohidratlar insulin ifraz edir, bu isə digər amnioasitlərin toxumalarda sorulmasını və beləcə triptofanın qan-beyin baryerinin aşma ehtimalını artırırdı.

Yeməkdən sonra yatan qadın

Fəqət, düzgün qida tərkibin seçmək, bunun sizdə işə yarayacağı mənasına gəlmir. 1982-ci ildən qabaq, L-triptofan üzərində aparılan 40 araşdırmada iştirakçıların özlərini daha yuxulu hiss etdikləri və yuxuya dalarkən daha az zaman sərf etdiyi müşahidə olunub, ancaq, yatma müddətinin artması ilə bağlı heç bir məlumata rast gəlinməmişdi.

Amma, ağır yuxusuzluq halında bir o qədər də təsiri görülməyib. Beləcə, triptofanın sadəcə yüngül yuxusuzluq vəziyyətində işə yaradığı qənaətinə gəlinib.

Bəs hinduşka, adamı yatırdırmı? Tək yox, başqa yeməklərlə qarışarsa bəlkə də. Lakin, insanın özünü yorğun və yuxulu hiss etməsinin başqa səbəbləri də ola bilər.

Günə yorğun başlanılıb və bunun üstündən ağır yemək qəbul edib, bir az da alkoqol içilibsə, L-triptofan qana qarışmasa belə, özünü yuxulu hiss etmək üçün kifayət qədər səbəb vardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir