makaron

Makaron arıqlamağa kömək edir? – ARAŞDIRMA

Baxış sayı: 2. 295

Makaron yemək çəki artımına yol açmır və hətta insanın arıqlamasına kömək edir. “Gencaile.az” xəbər verir ki, kanadalı tədqiqatçılar belə bir nəticəyə gəlib.

Alimlər makaronla qidalan 2500 nəfərin iştirak etdiyi 30 araşdırmanın nəticələrini təhlil edib. Könüllülər həftədə üç dəfə yarım boşqab porsiya makaron yeyib.

Maraqlıdır ki, üç ay davam edən eksperimentdən sonra könüllülər orta hesabla 500 qram arıqlayıb.

Mediklərin sözlərinə görə, makaron məmulatlar balanslaşdırılmış pəhriz ilə qəbul edildikdə çəkinin artmasına və piy qatının yığılmasına yol açmır. Bu sözügedən məhsulun aşağı qlikemik indeksi ilə əlaqədardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir