“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə göyəm turşunun resepti ilə tanış edəcəyik.
Tərkibi:
500 qr göyəm, 0,5 stəkan su, 2 xörək qaşığı döyülmüş keşniş toxumu, 1,5 xörək qaşığı şüyüd, 3-4 diş sarımsaq, 1 çay qaşığı pul bibər, çay qaşığının ucunda duz.
Hazırlanma qaydası:
Göyəmi yuyuruq, sonra qazana töküb üzərinə yarım stəkan su əlavə edirik və ocağa qoyuruq bişsin. Bişəndən sonra süzgəcdən keçiririk, tumlarını çıxarırıq. Üzərinə keşniş toxumu, pul bibər, doğranılmış şüyüd, sarımsaq, və zövqə görə duz əlavə edib qarışdırırıq. Daha sonra yenidən qazana töküb qoyuruq qaynamağa. Bir az qaynadıqdan sonra bankalara yığırıq.
Nuş olsun!