TEST

Həyatdan nə qədər razısınız? – PSIXOLOJI TEST

Baxış sayı: 1. 362

Həyatdan nə qədər razısınız?  Bəlkə də bu sual ətrafında heç düşünməmisiniz. Eyni zamanda, ola bilsin ki, bu haqda çox fikirləşmisiniz. Hər halda sözügedən sualın cavabını tapmaq üçün aşağıdakılara cavab vermək lazımdır.

 

1)Başqaları sizdən yaxşı geyinirmi?

2) Siz başqa evdə yaşamaq istərdinizmi?

3) Başqa bir işdə işləmək istərdinizmi?

4) Haçansa başqasının əvəzinə özünüzü göstərərdinizmi?

5) Həyatda etdiyiniz işlərlə fəxr edirsinizmi?

6) Siz partnyorunuzla yola gedirsinizmi?

7) Sizin dostlarınızla münasibətiniz hər zaman yaxşıdırmı?

8) Siz öz qohumlarınızla dil tapa bilirsinizmi?

9) Siz seksual həyatınızdan razısınızmı?

10) Sizin görkəminiz xoşunuza gəlirmi?

11) Yaxşı yatırsınızmı?

12) Siz tez-tez ümidsizliyə qapanıb əsəbləşirsiniz?

13) Aktiv olmaq xoşunuza gəlirmi?

14) Siz asanlıqla rahatlanırsınız?

15) Taleyin sizə qarşı ədalətsiz olmağını düşünürsünüzmü?

 

Açar

1-4, 12 və 15 suallarına mənfi cavab sizə 1 xal,  5-11, 13 və 14 suallarına isə əksinə: onlara  “Hə” cavabı 1 xalla hesablanır.

 

Testin xallarının hesablanması

9 xal və çox: Siz həyatınızdan çox razısınız. Bəzi şeyləri dəyişdirmək istəyiniz çox təbiidir, buna baxmayaraq, ümumiyyətlə siz malik olduqlarınızla məmnun və xoşbəxtsiniz.

4-8 xal: Siz əsasən razısınız,  lakin bir çox şey var ki, siz onları dəyişdirmək imkanına malik olmaq istərdiniz.

3 xal və aşağı: Siz şübhəsiz narazısınız. Bir çox şeylər mövcuddur ki,  siz onları dəyişmək istərdiniz. Həyat tərzinizdə az şeylər razılıq yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir