“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə tiffani salatının resepti ilə tanış edəcəyik.
Tərkibi:
500 qr toyuq sinəsi, 5 yumurta, 100 qoz, 200 qr holland pendiri, üzüm, xama, mayonez, duz, 1 çq karri (hind ədviyyatıdır) , 2 xq bitki yağı
Hazırlanma qaydası:
Toyuğun sinə ətini doğrayıb bitki yağında qızardırıq. Duzu və karrini qızartdığımız toyuq ətinə əlavə edirik. Sonra qozu doğrayırıq, yumurtaları və pendiri sürtgəcdən keçirib salatımızı hazırlayırıq. Boşqaba xama və mayonez çəkib ilk qata toyuğun döş ətini əlavə edirik. İkinci qata yumurtanı düzürük. Hər qata ərzaqdan əvvəl xama ilə mayonez çəkmək lazımdır. Üçüncü qata isə pendiri əlavə edib mayonez və xama vurub üzümləri düzürük. 2 saat soyuducuda saxlayıb servis edirik.
Nuş olsun!