Son zamanlar daha çox istifadə edilən tualet kağızları ilə bağlı müxtəlif fikirlər səslənir. Bunlardan biri də həmin kağızların infeksiyalara səbəb ola bilməsidir.
Maraqlıdır, insanların əksəriyyətinin istifadə etdiyi tualet kağızları həqiqətən zərərlidir?
Allerqoloq Günel Məmmədova bildirir ki, bu kağızlar gigiyenik cəhətdən məsləhət deyil:
“Bu kağızlar anal çatlara, eyni zamanda sidik yollarının infeksiyasına səbəb ola bilər. Arxadan önə doğru silinərkən istər kişilərdə, istərsə də qadınlarda ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Bağırsaq infeksiyalarının silinərək önə gətirilməsi sidik yollarında infeksiyalar da yarada bilər. Düşünürəm ki, buna görə də təmiz su ilə yuyunmaq daha yaxşıdır”.