aile

Bir insan həyat yoldaşını aldatmaq istəyirsə… – Tanınmış həkimdən İNANILMAZ AÇIQLAMA

Baxış sayı: 924

Tədqiqatlara görə, patoloji qısqanclığın başqa bir səbəbi cinsi həyatda yaşanan problemlərlə əlaqəli ola bilər. Kişilərdə erektil disfunksiya, qadınlarda cinsi disfunksiya patoloji qısqanclığın əsas səbəbləri ola bilər.

Bu barədə tanınmış fleboloq cərrah İsmayıl Əsgərov məlumat verir. Öz sahəsi ilə yanaşı, digər tibbi faktları araşdırmağı sevən həkim patoloji qısqanclıq, başqa sözlə, Otello sindromunun zərərlərini izah edir:

“Xəstəliyin əsas özəlliyi budur: normal qısqanclıqda əlində olan bir adamı itirmək qorxusu varsa, Otello sindromunda “Məndə yoxdursa, onda da olmasın” düşüncəsi hakim kəsilir. Belə qısqanclığın mənbəyində adətən köklü problemlər dayanır. Bir insanın həyat yoldaşını aldatmaq üçün şüuraltı istəyi varsa, bu fikirdən qurtulmaq üçün digər insanı günahlandıra bilər. Əgər insan uşaqlıqda kifayət qədər sevgi görməyibsə, o, irəliləyən yaşlarda sevilməyə layiq olmadığını düşünür və yanında olan insanın həyatı üzərində nəzarəti qurmağa çalışır. Müalicə edilməzsə, paranoid şizofreniyaya keçə bilər. Tədqiqatlara görə, patoloji qısqanclığın başqa bir səbəbi cinsi həyatda yaşanan problemlərlə əlaqəli ola bilər. Kişilərdə erektil disfunksiya, qadınlarda cinsi disfunksiya patoloji qısqanclığın əsas səbəbləri kimi göstərilir”.

İsmayıl Əsgərov risk amillərini belə sıralayır:

Səhər özünüzü heç yatmamış kimi hiss edirsinizsə, bunları edin

-Alkoqol və dərmanlar

– Cinsi funksiyanın azalması

– Manik-depressiv hallar

– Şizofreniya

– Beyin şişi

– Əlillik

– Endokrin xəstəliklər və s.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir