Uşağa xərclik vermək əslində böyük bir məsuliyyət tələb edir. Belə ki, uşaq böyük ehtiyacları istisna olmaqla (paltar, ayaqqabı və s.) qalan ehtiyaclarını ona verilən bu xərcliklə ödəməlidir.
Bundan başqa, uşaq xərcliyini istədiyi vaxt qurtarmaqda sərbəst olmalıdır. Ancaq bu məsələdə yol verilən ən böyük səhv xərcliyindən necə gəldi istifadə edən uşağa əlavə xərclik verilməsidir. Bu, uşağı yuxarıda qeyd etdiyimiz məqsədlərdən uzaqlaşdırmaqla yanaşı, daha arzuolunmaz nəticələrə gətirb çıxarır.
Nəticədə, valideyn uşağı məsuliyyətə yox, məsuliyyətsizliyə alışdırmış olur.