yemek

Səhər, günorta, axşam yeməyi nə zaman yeyilsin? – YENİ TƏKLİF

Baxış sayı: 2. 849

Səhər yeməyi, nahar və şam yeməyi üçün hansı vaxt daha yaxşıdır? Alimlərin bununla bağlı verdikləri yeni cavab çox maraqlıdır.

Bu gün sağlam həyat tərzi keçirməyə cəhd demək olar ki, dəb halını alıb. Dünya əhalisinin əksəri yalnız sağlam, üzvi məhsullar yeməyi üstün tutaraq müxtəlif dietlərə müraciət edir. Lakin bu cəhdlər heç də hər zaman uğurlu nəticə vermir.

“Gencaile.az” xarici mediaya istinadən xəbər verir ki, “Forza Supplements” şirkəti bu yaxınlarda maraqlı bir araşdırma aparıb və nəticədə artıq çəkini azaltmağın yalnız qida miqdarı və keyfiyyəti ilə bağlı olmadığı aşkar edilib. Alimlər müəyyənləşdiriblər ki, insanın süfrədə qidalandığı vaxtdan, saatdan çox şey asılıdır. Beləliklə, onlar hesab edir ki, səhər yeməyi üçün ən yaxşı vaxt 7:11, nahar üçün 12:38, axşam yeməyi üçün isə 18:14-dür. 19:00-dan sonra yemək ümumiyyətlə, tövsiyə edilmir, əks halda gündəlik pəhriz boşa gedəcək.

Həmin saatlar insanın bu anlarda çox aktiv olması ilə əlaqələndirilir. Amma hesab olunur ki, yeməyə məhz göstərilən dəqiqələrdə başlamamaq da olar. Vacib məsələ ümumi qaydaya əməl etmək, arıqlamağın əsas qaydasına uyğun davranmaqdır: şam yeməyi mümkün qədər təvazökar, səhər yeməyi isə əksinə, bol və müxtəlif olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir