Kökün göz sağlamlığı üçün çox faydalı olduğu məlumdur. Ancaq çox adam bilmir ki, balqabaqda kökdən iki qat daha çox A vitamini var. Ona görə də gözlərinizin sağlamlığı üçün balqabağı qida menyunuza daxil etməlisiniz.
“Gencaile.az” balqabağın faydalı xüsusiyyətlərini təqdim edir:
Balqabağın tərkibində gözlər üçün faydalı olan beta-karoten adlı maddə var. A vitamini bu maddə ilə birləşdikdə daha effektli olur.
Bu tərəvəz liflə zəngin olduğu üçün qəbizlik problemini aradan qaldırır.
Balqabağın tərkibində şəkər də var, ancaq bu şəkər zərərsizdir, hətta orqanizm üçün faydalıdır.
Balqabağı dadlandırmaq üçün onu xurma, kişmiş kimi quru meyvələrlə birlikdə bişirmək olar. Ancaq pəhriz saxlayanlar bir az daha diqqətli olmalıdırlar. Çünki 100-120 qram balqabağı 200 kalori ehtiva edir.
Pəhriz saxlayanlar balqabağı sadəcə suda və ya buğda bişirərək yeməlidirlər. Kilosundan narahat olmayanlar isə doşab və ya xurma ilə balqabağı daha dadlı edir.