Qış aylarında həm soyuq hava ilə mübarizə aparmaq, həm də şıq olmaq bir çox insan üçün imkansız görünə bilər. Ancaq düzgün seçimlə soyuqdan qoruna da, şıq ola da bilərsiniz.
“Gencaile.az” xarici mediaya istinadən qış aylarında dəbli görünməyin sirlərini açır:
Qara və boz rənglərdən çox istifadə etməyin və sizi isti saxlaya bilən rəngli geyimlər vasitəsilə tərzinizi yaradın.
Aksesuardan istifadə edin. Boğazlı jaketlərinizlə istifadə etdiyiniz seplər sizi daha dəbli göstərməyə şərait yaradacaq.
Yun jaketlər vasitəsilə qış aylarında gözəl görünmək hər ilin dəbidir. Rəngli və xüsusi hazırlanan jaketlər sizin tərzinizi tamamilə dəyişə bilər.
Kürklər sizi həm soyuqdan qoruyacaq, həm də bununla yanaşı daha dəbli göstərəcək.