isiqfor

Uşaqlara yol hərəkəti qaydalarını necə öyrətməli? – FOTOLARLA

Baxış sayı: 1. 345

Uşaqlara kiçik yaşlardan etibarən yol hərəkəti qaydaları haqqında qısa məlumat verilməlidir.

Bu bilgi gələcəkdə onları müxtəlif qəza şəraitlərindən xilas olmağına imkan yaradacaq. Uşaqlara uşaq dili ilə, onların başa düşəcəyi tərzdə – oyunlarla, oyuncaqlarla yol təhlükəsizliyi qaydalarını aşılamaq mümkündür.

“Gencaile.az” uşaqlara  yol təhlükəsizliyi və yol hərəkəti qaydaları haqqında məlumatın necə öyrədilməsi ilə bağlı əsas nüansları təqdim edir:

Şəkil çəkərək izah edin

Uşaqlara yol təhlükəsizliyini öyrətməyin yollarından biri də  onlarla birlikdə şəkil çəkməkdir. Yol hərəkəti  qaydalarını rəngli qələm və karandaşlarla çəkərək izah etmək tez bir zamanda  öyrənməyinə kömək edəcək.

Təcrübədən keçirin

Nəqliyyat vasitələrinin  seyrək olduğu sahələrdə, ya da ev və park kimi ərazilərdə  əl-ələ tutaraq “sağa-sola bax, yaşılda keç,tez-tez addımla” kimi sözlərdən istifadə etməklə öyrətmək uşağın şüuruna birbaşa təsir edəcək.

Oyuncaqlardan istifadə edin

Hər uşağın oyuncaqlara böyük marağı vardır. Bu maraqdan yol təhlükəsizliyini öyrətməkdə də istifadə edin. Birlikdə avtomobil, gəlincik, heyvan kimi oyuncaqlardan istifadə edərək  yol və yol təhlükəsizliyi çərçivəsində ssenarilərlə səhnələşdirin.

Mahnı oxuyun

Yol təhlükəsizliyi qaydaları  haqda  istənilən mesajları mahnı ilə izah etmək mənimsəmə qabiliyyətini artıracaqdır.

Rəqəmsal vasitələrdən istifadə edin

İnkişaf edən texnologiya ilə birlikdə öyrətmə və öyrənmə formaları da dəyişir. Yol təhlükəsizliyi haqda  videolar, rəqəmsal oyunlar ya da tətbiqlərdən, proqramlardan istifadə edərək piyada təhlükəsizlik qaydalarını asanca öyrədə biləriz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir