quru deri

Soyuqlarda dərini qorumaq üçün 10 MƏSLƏHƏT

Baxış sayı: 1. 883

Təmizlik: Üz və bədən dərisinin qurumasının qarşısını almaq üçün kremli və ya yağlı sabunlardan və gellərdən istifadə edin.

Nəmləndirmə: Çimdikdən sonra üz və bədən dərisinə uyğun nəmləndiriclər vurulmalı və quruluğun qarşısını almaq üçün tez-tez nəmləndiricilərdən istifadə olunmalıdır.

Peeling: Kışda ölü hüceyrələrdən qurtulmaq üçün peeling tərkibli maskalar vurulmalıdır.

Günəşdən qorunma: Qış olmasına baxmayaraq, günəşdən qorunma davam etməlidir. Xüsusən də qar yağanda (günəsin əksolunması səbəbindən) hündür məkanlarda günəş daha güclü təsir edir. Yağışlı havalarda belə günəş çıxanda həssas dərilə ən az SPF: 15-30 arası sprey, krem və ya losyonla qorunmalıdır.

Yaşlanmağa qarşı: Krem, gellərdən əlavə lazımlı maddələr kapsul və ya tablet şəklində qəbul olunmalıdır.

Əllərə baxım: Soyuq havalarda qliserin, vazelin, lanolin tərkibli əl kremlərindən istifadə olunmalı, əl sabunları kremli və ya yağlı olmalı, əlçəklər taxılmalıdır.

Ayaqlara baxım: Qış günlərində qalın corablar, çəkmə içində uzun müddət qalan ayaqlara sistemli şəkildə qulluq olunmalıdır. Xüsusi ayaq kremlərindən istifadə olunmalı, göbələk öldürücü maddələr vurulmalı, infeksiyalardan qorunmaq üçün ayaqlara spreylər vurulmalıdır.

Saçlara baxım: Soyuq havaların saçları zədələməməsi üçün yumşaq şampunlar və saç kremləri, xüsusi maskalar istifadə etməyiniz məsləhətdir.

Dırnaqlara baxım: Dırnaqlar da soyuq havalarda daha çox zədələnir və qırılır. Əl kremləri dırnaqları qorumaq üçün yetərli deyil. Buna görə dırnaq qoruyucu kremlər də xüsusi alınmalıdır.

Qidalanma: Qidalanma dərini qorumaq üçün diqqət olunası vacib məqamlardandır. A, C, E vitaminləri qəbul olunmalı, pəhrizlər yüngül şəkildə saxlanılmalı və yağ, karbohidrat lazımınca istifadə olunmalıdır. (formaggio)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir