Psixoloqlar hesab edirlər ki, kişilər nahaq yerə qadınlarla söhbət edərkən onların bədən dillərinə fikir vermirlər. Çünki qadınlar bəzi jestləri ilə kişilərə çox şey demək istəyirlər. Beləliklə, qadınların bəzi hərəkətlərinin açmasını təqdim edirik:
1) Əgər qadın sizinlə danışarkən gözlərini iri açırsa, bu həmin qadının sizdən xoşlandığı mənasını verir.
2) Normal ünsiyyət halında qadınların ancaq əllərinin üstünü və qollarını görürük. Ancaq əgər qadın sizinlə danışarkən biləyini və yaxud ovucunun içini göstərərsə, bu həmin qadının sizinlə maraqlandığı və sizdən qarşılıq gözlədiyini bildirər.
3) Daha da maraqlısı, əgər söhbət elədiyiniz xanım, ünsiyyət əsnasında əlləri ilə ayaqlarına toxunarsa, bu tamamilə sizin diqqətinizi çəkmək üçündür. Yəni həmin qadın o an sizi bəyənmiş və sizdə özünə qarşı maraq oyandırmağa çalışırmış deməkdir.
4) Ən önəmlisi, üz-üzə danışıq zamanı qadın əlini sinəsinə tərəf uzadırsa, bu sizinlə ailə qurmaq və sizə sağlam uşaq verməyə hazır olduğu mənasını verir.
5) Əlinin davamlı olaraq ağzında olması, dodaqlarını yeməsi, saçlarıyla oynaması, diqqətli baxışları, bir və ya iki əlini birdən ayaqlarına toxundurması. Bütün bunlar hamısı qadının xoşlandığı kişini özünə cəlb etməyə çalışmasıdır.