bina

Kirayə mənzillər nə üçün bahalaşır? – EKSPERT YANAŞMASI

Baxış sayı: 1. 077

“2019-cu il kirayə mənzil bazarında əlçatan mənzillərə təklif qıtlığı ilə yadda qaldı”. Bu sözləri əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir. O bildirib ki, ötən il ümumi bazarda olan təkliflər tələblərin strukturu ilə uyğunlaşmayıb:

“Kirayə bazarında dekabr ayı ərzində mənzillərin qiymətində 1.73 faiz azalma olsa da, 2018-ci illə müqayisədə 10.49 faiz artım oldu. Artımın isə iki səbəbi var. Birinci səbəb sabit struktur ilə artım olması nəticəsində eyni mənzillərdə qiymətlərin bahalaşmasıdır. Digər dəyişən strukturda artım isə köhnə mənzillərlə ucuz qiymətə verilən mənzillərin portfeli azaldı. Onların əvəzində yeni tikililərdə bahalı mənzillərin sayı çoxaldı”.

N.İbrahimov qeyd edir ki, kirayə bazar iştirakçılarının gəlirləri artanda mənzil bazarında da qiymət bahalaşır:

“2019-cu ildə iştirakçıların real gəlirlərində 10 faizdən çox artım oldu və kirayə bazarı bundan istifadə etdi. Əgər bu il də gəlirlərdə artım olarsa, mənzil bazarında da bahalaşma olacaq”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir