Qışda hər kəs kimi görünmək istəməyənlər üçün qarderobdakı əşyalardan çoxyönlü istifadə etməyin populyar üsulları var. Bu yazıda modapərəstləri adi vodolazka ilə fərqli tərzdə geyinməyin üsulları ilə tanış edirik:
Bol pencək
Bu iki sadə geyimi bir obrazda birləşdirin. Effektli alınması üçün rəngləri kontrast seçin. Məsələn, bej və ya açıq bozu qara ilə uyğunlaşdırın.
Donlarla
Qışda belə yay paltarlarını geyinməyə imkan verən sadə kombindir, elə deyilmi? Dəst kəmər və uzunboğaz çəkmələrlə tamamlanır.
Köynək
Viktoriya Bekhemin ən sevimli seçimlərindən biri də köynək altında vodolazkadır. Köynəyin qalın parçadan tikilməsi və formasını saxlaması vacibdir. Onu şalvarın içərisinə sala və ya açıq saxlaya bilərsiniz. Şıq dəstin başqa bir bonusu da var – isti saxlaması.
Cins pencək
Bu mövsüm cins pencəkləri geyinmək üçün bir səbəb var, onu sviterlə tamamlayın. Dəstə palto əlavə etsəniz, düzgün qat əldə edəcəksiniz.
Kostyum
Kostyumla eyni çalarda olan sviter soyuq havalarda ciddi iş görüşləri üçün mükəmməl seçimdir. Obrazı darıxdırıcı olmaqdan xilas edən krosovkalar əlverişli üsul olacaq, həmçinin belinizə kəmər bağlamağı unutmayın.