qisqancliq

Ayrılığa səbəb olan qısqanclığa qalib gəlməyin yolları

Baxış sayı: 1. 278

Qısqanclığın mənbəyinə enin: Bir məsələnin öhdəsindən gəlmək üçün əvvəlcə problemin səbəbini öyrənmək və ona görə addım atmaq lazımdır. Qısqanclığın səbəbini öyrənin. Ancaq bu şəkildə qısqanclıq problemini həll edə bilərsiniz. Əksər hallarda qısqanclığın səbəbi inamsızlıqdır. Əlbəttə, bu vəziyyəti ikiyə bölmək olar. Birincisi, insanın tərəf müqabilinə güvənməməsidir. Bu halda bir çox problem yaranır. İkincisi, insanın özünə etimad göstərməməsidir. Bu da adamın qısqanclıq böhranına qapılmasına  və tərəf müqabilini özündən uzaqlaşdırmasına yol açır. Bəzisinə görə qısqanclığın üçüncü səbəbi də vardır ki, bu da üçüncü şəxslərə, yəni kənardakılara etibarsızlıqdır! Dolayısı ilə etimad problemi qısqanclığın ən əhəmiyyətli səbəbidir. Bu kimi hallarda güclü xüsusiyyətlərinizin fərqinə varın və sizi digər insanlardan ayıran cəhətlərinizi görməzdən gəlməyin. Sevgilinizin sizi sevdiyinə inanmaqdan imtina etməyin.

Özünüzü ərköyünləşdirin: Qısqanclıq böhranlarında bu xüsusiyyət işə yarayan bir üsuldur. Salsa dərslərinə yazılın, başqa bir dil öyrənin. Özünüzü əyləndirəcək bu tip məşğuliyyətlər tapın. Başınız bu tip şeylərə qarışdığı üçün qısqanclıq yaradan hallarla məşğul olmağa vaxtınız qalmayacaq və beləliklə də sevgilinizlə rahat nəfəs ala biləcəksiniz! Hətta bu yeni maraqlarınız sevgilinizin də çox xoşuna gələ bilər.

Tərəf müqabilinizi anlayın: Qısqanclığa istənilən münasibətlə rast gəlmək olar. Ancaq hər şeyin olduğu kimi qısqanclığın da çoxu ziyandır. Qısqanclıq  hissləri güclü olduqda qarşı tərəfi bezdirir və hətta əlaqədən soyudur. Onu anlamağa çalışın, lazımsız qısqanclıq böhranlarına düçar olmayın. Hər şeyi qədərində edin.

Fikrinizi söyləyin: Yuxarıda yazdığımız hər şeyə dəqiqliklə əməl edirsinizsə və hələ də qısqanclığa qalib gələ bilmirsinizsə, problemi sevgilinizlə açıq aydın danışın. Xoşunuza gəlməyən və sizi qısqandıran məqamları bir-bir danışın. Sizi narahat edən bu hallarla bağlı ortaq bir nöqtə tapmağa çalışın. Beləliklə, həm onun, həm də sizin istədiyiniz olur və ikiniz də rahat bir şəkildə münasibətinizə davam edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir