Çobanyastığı ən populyar müalicəvi bitkilərdən biridir. Bunun səbəbi çobanyastığının geniş müalicəvi xüsusiyyətləridir.
“Gencaile.az” saytı sizi çobanyastığının faydaları ilə tanış edir:
– baş və miqren ağrılarını, qarında spazmları azaldır
– soyuqdəymə zamanı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir
– qaraciyəri təmizləyir və ağır, yağlı qıdaların qaraciyərə olan ziyanını azaldır (məhz bu səbəbdən yağlı yeməklərdən sonra çobanyastığı içməyi tövsiyə edirlər)
– sidik yollarını təmizləyir
– orqanizmi ziyanlı maddələrdən təmizləyir
– qastrit zamanı kömək edir
– sakitləşdirir, yuxunu tənzimləyir
Çobanyastığı çayını dəmləmək üçün 1 ç.q quru çobanyastığı 1 fincan qaynar suda adi çay kimi dəmləyin, 15 dəqiqədən sonra süzün və bal əlavə edib yatmazdan qabaq için.