evlilik peshe

Kişilər ən çox hansı peşənin sahibləri ilə ailə qurmaq istəyirlər?

Baxış sayı: 1. 820

İnsanlar bəzi hallarda ailə quracaqları tərəf müqabilini seçərkən onun şəxsi keyfiyyətləri ilə yanaşı çalışdığı işə, sənətə də xüsusi diqqətlə yanaşırlar. Xüsusən də bəylərimiz tərəf müqabili seçərkən xanımlarının çalışdığı işə xüsusi diqqətlə yanaşır, bu barədə xanımlarına hansısa qadağalar da qoyurlar.

Bu barədə aparılan araşdırmaların nəticələri də göstərir ki, şərq kişilərinin nəzərində qadına ən uyğun peşələr müəllimə və həkimlikdir. Onlar evlənəcəkləri xanımların bu peşədə çalışmasını arzulayırlar. Bəs görəsən, bu barədə digər ölkə vətəndaşları nə düşünürlər? Onlar üçün evlənəcəkləri insanın hansı peşədə çalışması daha münasibdir?

Brazilya, Kanada, Çin, Fransa, Malaziya və Cənubi Afrikada 5500 nəfər arasında aparılan sorğu nəticələrinə əsasən həkimlər ən çox etibar olunan peşə nümayəndələridir. İnsanlar bu peşədə çalışan şəxslərə daha çox etibar edirlər. Sorğu iştirakçılarının 36%-ə qədəri evlənmək üçün həkimləri, ümumiyyətlə, tibb işçilərini daha ideal tərəf müqabili hesab edirlər. Bunun əksinə olaraq sorğu iştirakçılarının fikrincə, musiqiçilər, jurnalistlər və reklam menecerləri evlənmək üçün ən az güvənilən peşə sahibləridir. /tabloid.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir