Koronavirus

Koronavirusdan necə qorunmalı?

Baxış sayı: 1. 140

COVID-19 infeksiyasının ən kütləvi miqyası hələ də Çində müşahidə olunur. Əksər hallarda, xəstəlik mülayim bir gedişlə xarakterizə olunur və ağırlaşmalar baş versə də, sağalma ilə başa çatır.

Ümumdünya Səhiyyə Təşkilatı özünü qorumağın və xəstəliyin yayılmasının qarşısının alınmasının yolları ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, aşağıdakı qaydalara riayət etməklə özünüzün və başqalarının sağlamlığını qoruya bilərsiniz.

1. Əllərinizi spirt əsaslı bir məhsulla mütəmadi olaraq silmək və ya sabunla yumaq xəstəlikdən qorunmağın əsas qaydalarından biridir. Spirt tərkibli məhsullar və ya sabun əllərin səthindəki bakteriya və virusları öldürür.

2. Öskürən və ya asqıran insanlardan ən azı bir metr məsafə saxlayın. Çünki kiçik virus damcıları sərbəst buraxılır ki, bu da ətrafa yayılır. Belə bir insana çox yaxın olmaq, koronavirus da daxil olmaqla bir çox infeksiyaya yoluxmaq riskini artırır.

3. Mümkünsə əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Əllər bir çox kirli səthə toxunur və bu, virusun asanlıqla onlara hopmasına imkan yaradır. Əllərdəki viral hissəciklər göz, burun və ya ağıza daxil ola bilər. Bədənin bu hissələrindən virus orqanizmə daxil ola bilər və xəstəlik yarada bilər.

4. Həm siz, həm də başqaları tənəffüs gigiyena qaydalarına ciddi əməl etməlisiniz. Bunu etmək üçün öskürəndə və ya asqıranda ağzınızı və ya burnunuzu salfetlə örtün. İstifadə olunan salfet dərhal atılmalıdır. Dediyimiz kimi, virus kiçik damcılarla ötürülür. Odur ki, tənəffüs gigiyena qaydalarına ciddi əməl edərək başqalarını SARS, qrip və COVID-19 kimi virus xəstəliklərindən qoruya bilərsiniz.

5. Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Hərarət, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli sağlamlıq klinikasının göstərişlərinə əməl edin. Özünüzü pis hiss edirsinizsə, baş ağrısı və ya burun axması kimi xəstəliyin yüngül əlamətləri olsa belə, sağalana qədər evdə olun. Bu, özünüzü və başqalarını COVID-19 və ya digər virus infeksiyalarından qorumağa kömək edir.

6. Hərarət, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, həkimə müraciət etməyi gecikdirməyin, çünki bu simptomlar yoluxucu infeksiya və ya digər ciddi xəstəlik nəticəsində yarana bilər. Dərhal həkimlə əlaqə saxlayın və bu barədə məlumat verin.

COVID-19-a yoluxma ehtimalın nə qədərdir?

Risk dərəcəsi yaşadığınız bölgə və yaxınlarda ziyarət etdiyiniz yerlərin coğrafiyası ilə müəyyən edilir. Yoluxma riski çox sayda COVİD – 19 diaqnozu qoyulmuş bölgələrdə daha yüksəkdir. Hal hazırda bütün bu virusa yoluxma hadisəsinin 95% -i Çində, əsasən Hubey qəsəbəsində baş verir. Lakin ərazinizdəki mövcud vəziyyəti və infeksiyaya hazırlıq tədbirlərini diqqətlə izləmək vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir