Bəzi meyvələr var ki, onların qabıqları özlərindən daha faydalıdır. “Gencaile.az” saytı həmin məhsulları təqdim edir:
Alma
Alma qabığı güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır, xərçəng əleyhinə təsir göstərir.
Xiyar
Kremniumla zəngin olan xiyar qabığı dəri üçün çox xeyirlidir, dərini cavanlaşdırır və möhkəmləndirir. Həmçinin xiyar qabıqları bağırsaqları çox yaxşı təmizləyir.
Badımcan
Badımcanın qabığı antioksidantlarla xüsusilə zəngindir. Antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur.
Kivi
Kivinin qabıqları güclü antioksidant, antikonserogen (xərçəngəleyhinə) təsirə malikdir, iltihabəleyhinə təsir göstərir, stafilokokk və bağırsaq çöpləri ilə mübarizə aparır. Kividən smuzi və ya şirə hazırladıqda qabıqlarını soymayın – meyvələri yaxşı yuyun və istifadə edin.
Portağal
Portağal qabıqları qiymətli müalicəvi məhsuldur. Həzm proseslərini yaxşılaşdırır.