aile

Ailə nə deməkdir? – PSİXOLOQ YAZIR

Baxış sayı: 10. 998

Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir.

Ailə sosialogiya baxımından evlənmək və ya qohumluq xətti ilə gələn həyat birliyidir.

Ailə sözünün  kökü ərəb dilindən gəlir, mənası dayanmaqdır. Bir-birlərinə dayanan, etimad edilən insanlar üçün işlədilir.

Ailə – nigah və ya qan qohumluğuna əsaslanan kiçik sosial birlikdir. Ailə kişi ilə qadın arasında nigah ittifaqıdır. Nigah ailənin hüquqi əsasıdır. Bir çox cəmiyyətdə ailənin təməli evlilikdir. Bütün ölkələrdə ailənin qurulması və pozulması qanunla müəyyən edilir.

Ailə ənənələrin , keçmiş nəsillərin tərbiyyəsinin qoruyucusu və ötürücüsüdür. Ailə dedikdə, ilk növbədə ağlımıza gələn eyni evde yaşayan ana,ata və övladlardır. İnsan ailədə dünyaya gəlir, ele buna gorə ailə insanın həyatında, formalaşmasında mühüm rol oynayır. Uşağın doğulması,inkişafı, formalaşması ailədən başlayır.                                 Ailənin nüfuzu və gücü onun kiçik sosial qrup kimi xarakterizə  edilməsi ilə bağlıdır. Ailənin bütövlüyünün sirri onun birliyindədir. Çünki bütövlük olmasa onlarin birgə yaşaması qeyri-mümkündür. Elə buna görə də ailə digər kiçik sosial qruplardan fərqlənir.

aile

 

Ailənin bütövlüyünün sirri onun birliyindədir. Çünki bütövlük olmasa onlarin birgə yaşaması qeyri-mümkündür. Elə buna görə də ailə digər kiçik sosial qruplardan fərqlənir.

Ailədə uşaqların düzgün formalaşmasında və yaxşı tərbiyyəsi üçün ən mühüm amil uşaqlar arasındakı bərabərlikdir. Ayrı-seçkiliyin olması, birinin o birindən üstün tutulması uşaqlar arasında qısqanclığa və sevgisizliyə gətirib çıxarır.

Ailənin ilk tərbiyyəçisi ana və atadır. Ailə yalnız 2 nəfərin bir-birinə olan sevgi ocağı deyil. Burada ən vacib məqam qarşılıqlı hörmət və əxlaqi dəyərlərin, ehtiram və ləyaqətin qorunmasıdır.Ana və ata münasibətləri düzgün tənzimlənməlidir. Ailədə baş verən mubahisələr, böhranlar elə ər-arvad arasında da həll olunmalıdır, ailədə kənar şəxslərin müdaxiləsi yol verilməzdir. Vəziyyətin əks halda olması ailələrin dağılmasına, usaqların psixoloji vəzyyətlərinin gərginləşməsinə gətirib çıxarır.  Yaşanan problemi mümkün qədər uşaq görməməli, uşaqların yanında mübahisə olunmamalıdır. Əgər uşaq görsə belə mütləq ər və arvad elə uşağın gözü qarşısında barışmalıdır.  Bunun sadəcə kiçik bir məsələ olduğunu və problemin həll olunduğunu uşağa izah edilməlidir.Valideynlərin ən böyük sərvəti övladlarının tərbiyyəsidir. Elə buna görə də uşaqların tərbiyyəsi ilə anadan olan kimi məşğul olmaq lazımdır. Uşaqların qəlbinə səpdiyimiz toxumlar onlarin mənəvi qidasıdır

Oskar Uayldın uşaq tərbiyyəsi ilə bağlı belə bir fikri var: “Uşağı buyurmaq yox- öyrətmək, idarə etmək yox- istiqamət vermək, əmr vermək yox- məsləhət etmək, öyüd vermək yox- sübut etmək lazimdir”…

Ailənin quruluşu dedikdə onun üzvlərinin arasındakı münasibətlərin cəmi nəzərdə tutulur. Quruluşuna görə ailələr 2 qrupa bölünür:

  1. Avtoritar ailələr
  2. Demokratik ailələr

Tabeçilik münasibəti olan ailələr avtoritar, hər kəsin şəxsi rollarına görə vəzifələrinin bölündüyü ailələr isə demokratik ailələrdir.

İnsan həyatdakı bütün gücü ailəsindən alır.

Sevginin və hörmətin öyrədildiyi ilk yer ailədir. Sevincli-kədərli, yağışlı-günəşli,ağlayanda, güləndə, sevəndə,kefsiz olanda yanınızda təmənnasız olan varlıqdır Ailə!…

 

Psixoloq Günay Sadıqova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir