zorakiliq

“Karantin məişət zorakılığının artmasına səbəb ola bilər” – Dövlət Komitəsi

Baxış sayı: 1. 156

COVID-19-un qarşısını almaq üçün sosial təcrid və karantin vacibdir. Lakin mütəxəssislər bildirirlər ki, bu ailə üzvləri arasındakı münaqişələr, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər”. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVID-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda bildirilib:

“Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Bütün ölkələrdə dəqiq statistika aparılmasa da, İspaniyanın Kataloniya bölgəsində məişət zorakılığının 20%, Kiprdə 30% və Braziliyada 50% artması məlumdur. Çində ailədaxili şiddətin 90%-i izolyasiyada saxlanılan cütlüklər arasında qeydə alınan faktlardan ibarətdir. Həmçinin İtaliya, Fransa, Almaniya, Türkiyə, Hindistan və digər ölkələr də izolyasiya tədbirlərinin ailədaxilində zorakılıq üzrə göstəricilərə ciddi təsir göstərdiyi vurğulanır. Hətta bu sahə üzrə ekspertlər ailədə sosial izolyasiya səbəbindən zorakılığa məruz qalma hallarının artacağını qeyd edirlər. İlk növbədə biz risk qruplarını ayırd etməliyik. O zaman belə bir təsnifat vermək olar:

 

1. Sosial izolyasiya rejimindən də əvvəl zorakılıq halları qeydə alınan və müşahidə edilən münaqişəli ailələr;

2. Pandemiyadan irəli gələrək həyat səviyyəsi pisləşən ailələr; (Bir çox hallarda ailənin iqtisadi vəziyyəti qarşılıqlı münasibətlərdə zəiflik yarada, həmin insanların davranışlarında aqressiyanı artıra bilər ki, bu zorakılıq üçün bir əsasa çevrilə bilər)

3. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud ailə üzvü ilə birgə yaşayan ailələr; (Belə şəxslərin immun sisteminin nisbətən zəif olması ailənin digər üzvlərində narahatlığı artırır, nəticədə zorakı davranışlar, bir- birini qarşılıqlı ittiham etmələr baş verir)

4. Psixoloji xəstəlikdən əziyyət çəkənlər yaxud belə problemi olan ailə üzvü ilə birgə yaşayan şəxslərdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir