komputer

Karantin günlərindən səmərəli istifadə üçün 30 tövsiyə

Baxış sayı: 908

 

İŞ VƏ YA BİZNESLƏ BAĞLI

1. LinkedIn profilinizi yeniləyin, ən son layihələri və naliyyətlərinizi əlavə edin. Əlaqələrinizi nəzərdən keçirin, kontaktları yeniləyin.

2. CV-nizi yenidən gözdən keçirin, yeni bir CV yaradın, bununla yanaşı Cover letter – sizi daha ətraflı tanıdacaq bir məktub, həmçinin referans siyahısı da tərtib edin, karantindən sonra başlayacaq böhran zamanı işsiz qalma ehtimalı yüksəkdir.

3. İşiniz ilə bağlı onlayn təkmilləşmə kursları axtarın, virtual dərslər alın. Öz sahənizdə biliklərinizi dərinləşdirin.

4. Yeni biznes ideyaları üzərində düşünün, işinizi virtuala daşımaq yollarını araşdırın. Eyni biznes modellərin başqa ölkələrdə işləmə formalarını öyrənin.

5. Onlayn göstərə biləcəyiniz xidmətləri dəyərləndirin – tərcümə, mətn yazarlığı, sosial media idarəetməsi, reklam mətn yazarlığı, virtual oyunlar, onlayn treninqlər və s.

Woman in Yellow Shirt Writing on White Paper

YARADICILIQ İLƏ BAĞLI

6. Əl qabiliyyətinizi artırın, əl zəhməti tələb edən hər hansı bir işi öyrənməyə çalışın – toxuculuq, dərzilik, zərgərlik (bəzək əşyalarının hazırlanması, muncuqlarla əl işləri), evdəki əşyalardan yeni nələrsə ortaya çıxarmağa çalışın.

7. Bloq, yeni sayt, yeni səhifələr yarada, yeni Youtube və ya Instagram kanalı aça bilərsiniz, yeni kitaba və ya yeni bir əsərə başlaya bilərsiniz. Ağlınızda olan ssenarini nəhayət yazıya çevirə bilərsiniz.

8. Evinizdə hər hansı bir musiqi aləti varsa – onda ifa etməyi öyrənməyə cəhd edə bilərsiniz. Çoxdandır çalmadığınız piano və ya gitarada ifa etməyə vaxt ayıra bilərsiniz.

Woman Sitting On A Sofa While Knitting A Sweater

QİDALANMA İLƏ BAĞLI

9.  Qida rejiminizə nəzarət edin, sağlam qidalanmaya keçid edin.

10. Evdə oturmağınız pəhrizə mane olmalı deyil. Sağlam bir pəhriz rejiminə başlayın.

11. Çoxdan arzu etdiyiniz, lakin vaxt ayırıb bişirmədiyiniz həmin yeməyi bişirə bilərsiniz.

12. Əgər dadlı yemək bişirməyi bacarırsınızsa, qidalanma bloqu aça, videolar çəkib, postlar hazırlaya bilərsiniz.

Person Taking Photo Of Bowl Of Vegetables

ÖZÜNÜ TƏKMİLLƏŞDİRMƏ İLƏ BAĞLI

13. Online tətbiqlərdən istifadə etməyə çalışaraq, yeni bir dil öyrənə bilərsiniz.

14. TedX çıxışlarını izləyərək, ingilis dilinizi təkmilləşdirin.

15. Coursera, Future Learn ya edX-dən istifadə edib, həmçinin Khan Academy YouTube kanalı vasitəsi ilə yeni bir sahədə biliklərinizi artıra bilərsiniz.

16. Sevdiyiniz sahə ilə bağlı kitablar və ya bədii əsərlər oxuyun, oxuduğunuz kitablar ilə bağlı xülasələr yazın.

Person Writing on White Paper

İDMANLA BAĞLI

17. Səhər və axşam saatlarında idmana zaman ayırın. İdman bloqları izləyin.

18. Tətbiqlər vasitəsi ilə evdə olarkən sadə idman hərəkətlərindən istifadə edib tonusda qalın.

19. Canlı yayımlar, video-bloqlar izləyib yeni idman hərəkətləri öyrənə və əyləncəli şəkildə idmanla məşğul ola bilərsiniz.

Photo Of Woman Leaning On The Ball

ƏYLƏNCƏ VƏ İSTİRAHƏT ÜÇÜN

20. Karantindən sonrakı müddət üçün səyahət planı hazırlayın

21. Arzusunda olduğunuz işlər siyahısnı hazırlayın, hər şey bitəndən sonra nə etmək istəyəcəksiniz?

22. Çoxdan izləmək istədiyiniz film və serialları izləyin, sənədli filmlərə baxın

23. Hər hansı bir tarixi dönəmi (Cümhuriyyət tarixi, İkinci dünya müharibəsi və s) özünüz üçün yenidən kəşf edin, tarixi səhvlərə qərq olun.

Woman Wearing Black Sleeveless Dress Holding White Headphone at Daytime

24. Yeni musiqilər kəşf edin, play-listinizi yeniləyin, xəritədən bir ölkə seçin, həmin gün məhz həmin ölkənin musiqilərini dinləyin.

25. Meditasiya edin, yoqa ilə tanış olun. Fikrinizi fokusllamağı öyrəninin, fikrin yayınmasının qarşısını almaq üçün məşqlər edin.

26. Sağlam yuxu rejiminə əməl edin, sağlam yuxu vərdişlərinə yiyələnməyə çalışın.

Woman in White Tank Top Sleeping on Bed

STRATEJİ DÜŞÜNMƏ İLƏ BAĞLI

27. Mövcud vəziyyət ilə bağlı həyatla bağlı düşüncələrinizi yenidən nəzədən keçirin

28.  Öz prioretlərinizi yenidən müəyyən edin, ən çox nəyə zaman ayırmalı olduğunuza dair qərar verin.

29 Plan və hədəfləri yenidən gözdən keçirdin. Planlarınıza düzəliş edin. B və C planı hazırlayın.

30. Müasir çağın tələblərinə uyğun olaraq, hansı bilik və bacarıqlara yiyələnməli olduqlarınızı, hansı karyera və ya biznes dəyişikliyi etməli olduğunuzu düşünün.

Make It Happen Book With Black Stylus




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir