aile münaqishe

Evliliyiniz üçün ən təhlükəli dövr

Baxış sayı: 2. 062
ABŞ-ın Brigham Young Universitetinin psixoloqlarının apardığı araşdırmaya əsasən evliliyin ən təhlükəli dövrü bir çoxlarının düşünüdyü kimi münasibətin 7-ci deyil, 10-cu ilidir.
Araşdırmada iştirak edən qadınlar 30 ildən çoxdur ki, evli olanlar arasından seçilib. Onlara evlilikləri, münasibətləri ilə bağlı verilən suallar və edilən psixoloji testlər bu qənaətə gəlməyə əsas verib: qadınların evlilikləri ilə bağlı əsas şikayətləri evliliyin 10-cu ilindən sonra başlayır.
Bu müddətdən sonra onlar həyat yoldaşları ilə tez-tez mübahisə etməkdən şikayətlənirlər.
Ən maraqlı tərəfi isə bu fikirdə olan qadınların demək olar ki, hamısı həyat yoldaşları ilə sevərək evləndiklərini və evliliklərinin ilk illərini olduqca xoşbəxt yaşadıqlarını qeyd ediblər. 10-cu ildən sonra həyat yoldaşları ilə münasibətlərinin korlandığını deyən qadınlar eyni zamanda onu da bildiriblər ki, evliliyin 15-ci ilindən sonra münasibətləri əvvəlki qaydasına düşməyə başlayıb. (kishi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir