yemek

“İftar menyusu” – 10-cu gün

Baxış sayı: 860

“Gencaile.az” saytının  “İftar menyusu” rubrikasında bu gün sizə düyü və pomidorla toyuq filesinin hazırlanma qaydasını təqdim edəcəyik. İftar vaxtı mədəsini çox yükləmək istəəyənlər üçün uyğun təamdır, çünki  çox yüngül və dadlı yeməkdir. Zövqünüzə görə uzun və ya yumru düyüdən istifadə edə bilərsiniz. Hazır yeməyin üzərini istənilən göyərti ilə bəzəmək olar.

 

İnqrediyentlər:

– 500 qr toyuq filesi

– 500 qr pomidor

– 150 qr düyü

– 2 diş sarımsaq

– duz, istiot

– bitki yağı

 

Hazırlanması:

Düyünü hazır olana qədər bişirin, suyu süzün. Fileni və pomidorları kub şəklində doğrayın. Pomidorların qabıqlarını soymaq olar. Fileni bitki yağında qızardın. Pomidor, duz, istiot əlavə edin, 15-20 dəqiqə vam odda bişirin.  Düyü əlavə edin, qarışdırın, vam odda 5-7 dəqiqə bişirin. Hazır olana yaxın xırda doğranmış sarımsaq əlavə edin, qarışdırın.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir