“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu gün oxucularımıza cəmi bir neçə ərzaqla hazırlanan yeməkdən bəhs edəcəyik.
Bu yeməyin hazırlanması üçün lazım olan ərzaqlar:
1 ədəd iri kartof
2 ədəd yumurta
Duz
Qara istiot
Pul bibər
Zövqə görə göyərti
Bir az kərə yağı
Əvvəlcə kartof sürtgəcdən keçirilir, göyərti xırda doğranır. Yumurta, duz, istiot, pul bibər əlavə olunduqdan sonra hamısı qarışdırılır. Yağ tavada əridilir, qarışıq tavaya tökülür. Yeməyin bir üzü qızardıqdan sonra, digər üzünə çevrilir və qızardılır.
Beləliklə, iftarda və imsakda da yeyə biləcəyiniz ləzzətli yemək hazırdır.
Nuş olsun!
Hazırladı: Məsudə Sultan