Karantin özü ilə bərabər baxımsızlıqdan yaranan yeni trendləri də həyatımıza daxil etdi. Son zamanlar sosial şəbəkələrdə yağlı və baxımsız saçların “challange”i yayılıb.
Saç yuyulduqca daha çox yuyulmaq istəyir. Çünki baş dərisindəki təbii yağlar çıxarıldıqda, dərini müdafiə mexanizmi olaraq daha çox yağ istehsal etməyə başlayır. Saçların gec yağlanması üçün, mümkün qədər az yumaq və sulfat olmayan təbii tərkibli şampunlardan istifadə etmək tövsiyə olunur. Lakin tövsiyə etmək asandır, həyata keçirmək çətindir. Aktiv həyat tərzi keçirən insanların çoxu saç yumamaq və ya seyrək yuma axınında iştirak edə bilmirlər. Amma koronavirus səbəbiylə evdə olduğumuz zaman saçları yumamaq üçün bir fürsət yarandı. Bir çox insan adi haldan daha az duş alır və saçlarına daha az vaxt ayırır. Belə şəxslərin içində Kardaşyan ailəsinin üzvləri də var. Ötən gün YouTube-da söhbət edən bacılar Kourtney və Khloe Kardaşyan, karantinin gündəlik həyatlarını necə dəyişdirdiyini izah etdilər. Bu dövrdə saçlarını həftədə bir dəfə yuyub daraqdan belə istifadə etmədən təbii halda qurutduqlarını, idman etdikdən sonra isə sadəcə su ilə yuduqlarını dilə gətirdilər.
Çoxları saç baxımı üçün karantini fürsət olaraq görür. İdman etmək, qaşları uzadıb yenidən forma vermək və saçları boyamamaq da bu dövrü fürsətə çevirməyə bəs edir.
Əgər sizdə saçlarınızı yumamağa öyrətmək istəyirsinizsə sulfatsız, slikonsuz şampun istifadə edin.
Saçlarınızı günəşdə və ya öz-özünə qurudun. Saçlarınızı darayıb sizə rahat olan formada günlərlə istifadə edə bilərsiniz. Hörük isə bu dövrlərdə ən ideal vasitədir.
Onu da qeyd edək ki, isti havalarda duş almadan olmaz, buna görə də saçlarınızı toplu halda və onları islatmadan da duş ala bilərsiz.