yasli

Diet saxlayanlar daha çox yaşayırlar?

Baxış sayı: 679

Son illər dünyada pəhriz saxlamaqla daha çox yaşamağın mümkün olmasına dair fikirlər hakimdir. ABŞ-dakı Yaşlanma Tədqiqatları İnstitutunun tədqiqatçıları pəhrizlərin insan ömrünü uzada biləcəyinə dair populyar fikirlərlə bağlı təcrübə aparıblar. Tədqiqatçılar, qida məhdudiyyətlərinin ömür uzunluğuna necə təsir etdiyini milçəklər üzərində sınayıblar. Məlum olub ki, bu prinsip yalnız 50 faiz özünü doğruldur. Alimlər, qida məhdudiyyətləri prinsiplərinə əməl edən bəzi insanların əslində daha çox yaşaya biləcəklərini bildiriblər. Ancaq eyni rejimdə olan digərlərində yaşla əlaqədar xəstəliklər daha erkən görünməyə başlayıb. Alimlər belə nəticəya gəliblər ki, insanın uzunömülü olması onun genetikasından aslıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir