Bazarın görünməz əli, ticarəti idarə edən prinsipdir. Mübahisəli olsa da, əsas prinsip hesab olunur. Çünki bazar nəzarətsizdir, yəni heç bir asılığı olmadan özü işləyir. Nəticədə isə bazar özünə tabe edir və onunla hesablaşıb, ona uyğun hərəkət etmək lazım gəlir.
Lakin daim tabe etməyə alışmış iş adamlarının tabe olmaq xoşlarına gəlmir. Xüsusən də, söhbət əgər kimə və nəyə tabe olmanın naməlum qaldığı bir vəziyyətdən gedirsə, axı bazarın strukturtu çox abstraktdır. Amma yenə də tabe olmaqdan başqa yol qalmır. Çünki əks halda çox sürətlə ondan məhrum olmaq halı baş verə bilər.
Bazarı onun görünməz əli idarə edir və elə ona da tabe olmaq lazımdır.Ticarətdə bütün fəaliyyət 100% ondan asılıdır. O, faktiki olaraq, tələbatın və rəqabət qabiliyyətli qiymətin səviyyəsini, məhsulların xarakteristikasını, qiyməti müəyyən edir və alıcıları almağa həvəsləndirir. Belə demək olar ki, məhz bazarın görünməz əli bazardakı trendləri təyin edir.
Bazarın görünməz əli necə görünür?
Məhsul və xidmətlərinizin yaxşı satılmasını istəyirsinizsə bazarın görünməz əli ilə dost olmalısınız. Bəs iş adamı ilə bazarın görünməz əli arasında dostluq mümkündürmü? Bazarın görünməz əlinin dəstəyinə arxalanmaq olarmı? Bu əlbəttə mümükündür, lakin bunun üçün noomarketinqə sahib olmaq lazımdır, çünki o, bazarın görünməz əlini görünən edir.
Noomarketinq vasitəsilə dostluq qurmaq olar və noomarketinq belə demək olar ki, uğurlu biznesin əsasıdır. Noomarketinqə görə ticarət nədir? Noomarketinqəı görə bazar, əsasında məhsulun ideyasının dayandığı bir strukturdur.
Məsələn, əgər məhsul maşındırsa, o zaman bazarın əsasında maşın ideyası dayanır. Buna müvafiq olaraq da, konkret məhsulun ideyası elə bazarın görünməz əli deməkdir. Məhz bu ideya bazarı və onun tərkib hissəsi olan hər bir şeyi idarə edir.
Bazarın görünməz əlinin mexanizmi
Bazarın görünməz əli həmişə öz maraqları çərçivəsində işləyir. O, onun inkişafına təkan verən başlanğıclara yol verir, inkişafına əngəl olanlara isə mane olur. O, istehlakçıların tələblərini müəyyən edir və onları malların və xidmətlərin istehlakına həvəsləndirir. Tələb, məlum məhsulun ideyasının aid edildiyi insan sayına bərabərdir.
Əgər ideyanın daşıyıcılarının sayı 99999 nəfərdirsə, tələb də eynilə o qədərdir. Bazara da nə az, nə çox 99999 məhsul lazımdır. Əgər bazarda bu saydan bir məhsul artıq düşərsə o satılmayacaq. Əgər çox sayda məhsul satmaq istəyirsinizsə, o zaman çoxlu sayda insan kütləsinə ideyanı yeritmək lazımdır.
Lakin çoxlu sayda insana ideyanı yeritmək hələ azdır, marketinqlə satış arasında da effektiv qarşılıqlı təsir əlaqəsi təşkil etmək lazımdır. Bu, təsiri daha da güclü etmək üçündür. İdeya insanın beyninə yeridilmədiyi halda, bazarın görünməz əli ona təsir edə və onu sizin məhsulunuzu almağa həvəsləndirə bilməz. Yəni, ideya insanın beyninə yeridilməyibsə, məhsul və xidməti ona sata bilməyəcəksiniz.
Bazarın görünməz əli prinsipi
Bazarın görünməz əli təklif yaradır və marketinqdən gəlir əldə edilməsinə imkan verir. O, uyğun məhsul istehsal edə və onun istehsalı ilə məşğul ola bilən ideya daşıyıcılarını həvəsləndirir. Məhz bu səbəbdən insanlar fərqli biznes qururlar.
Faktiki olaraq iki ideya daşıyıcısı var: istehlakçılar və istehsalçılar. İstehlakçılar – ideyanın beyinlərinə yürüdüldüyü lakin hələ inkişaf edilmədiyidir. İstehsalçılarda isə – ideya onlara həm yürüdülüb həm də onlarda inkişaf olunub. Bu səbəbdən təsir də fərqlidir. Məlum məhsulun ideyasını özündə inkişaf etdirmiş istənilən insan onun istehsalçısı ola bilər.
Qiyməti də demək olar ki,bazarın görünməz əli təyin edir. Daha dəqiq desək, o, istehlakçı və istehsalçılar üçün məhsul dəyərini müəyyən edir. İrəlidə artıq bu dəyərə əsasən, istehlakçılar məhsula görə hansı məbləği ödəməyə hazır olduqlarını özləri üçün təyin edirlər. İstehsalçılar da öz növbələrində məhsulu hansı qiymətə satacaqlarını müəyyən edirlər.
Bazarın görünməz əli anlayışı
Bazarın görünməz əli olmadan dəyər hissiyatı formalaşa bilməz. Buna müvafiq olaraq qiymət qoymaq da çətin olur. Məsələn, əgər məlum ideyanın daşıyıcılarının sayı istehlakçı kimi 5000 nəfərdirsə, istehsalçılar isə onlara 10000 məhsul təklif ediblərsə, o zaman onların dəyəri düşür. Bunu istehlakçı hiss edir və nəticədə artıq o, məhsula görə yüksək məbləğ ödəmək fikrindən daşınır.
Əksinə olaraq, əgər 5000 istehlakçı və 500 məhsul varsa, o zman onların dəyəri yüksəlir və istehlakçı artıq çox pul verməyə hazır olur. Məlumdur ki, bazarın görünməz əli, əsasında ideyanın dayandığı konkret bir strukturdur. Düzdür bu, istehlakçıya və ya istehsalçıya yeridilən yox, digər daha yüksək bir səviyyənin ideyasıdır.
Mahiyyəti etibarı ilə o, istehlakçı və ya istehsalçıya yeridilən ideya qədər güclüdür. Onun da daşıyıcısı var, o superideyadır və hər yerdə ola biləndir. Əgər istehlakçı konkret yerdə yerləşirsə, istehsalçı da həmçinin, o zaman həmin superideya hər yerdə olur.
Bazarın görünməz əli necə idarə edir?
Superideya daşıyıcılarına uzaqdan təsir edir. Burada belə bir sual yaranır ki, adi ideya daşıyıcıları superideyaya təsir edə bilərlərmi? Əlbəttə ki,edə bilərlər. İnkişaf etməmiş ideyanın daşıyıcısı və ya başqa sözlə desək, istehlakçı bildirə bilər ki, ona bu ideyaya müvafiq məhsul lazımdır və ya gerçəkləşdirmək üçün nəsə bir şey.
Superideya bu məlumatı istehsalçıya göndərir, onu daha çox məhsul istehsal etməyə ruhlandırır. İstehsalçı onu intuitiv olaraq əldə edir. Yəni, superideyadan gələn məlumat əsasında istehsalçı bazara təxminən nə qədər məhsulun lazım olduğunu bilir. İstehsalçı superideyanı, ona daha çox məhsulun lazım olması və istehlakçıya ehtiyac duyması barədə məlumatlandıra bilər.
Superideya və ya bazarın görünməz əli istehsalçı ilə istehlakçı arasında vasitəçidir. O, avtomatik olaraq bazarın ideyasını, ona uyğun gələn insanlara yeridir və elə bununla da lazım olan məhsul və xidmət istehsalçıları qismində yeni istehlakçılar yaradır. Biznesin düzgün başlanğıcı onun qurulmasından asılıdır.
Bazarın görünməz əlinin rolu
Bazarın görünməz əli olmadan istehlakçılar və istehsalçılar ortaq dil tapa bilməz və özləri barədə bir-birlərinə məlumat verə bilməzdilər. Superideya ilə idarəetmə yeni nəsil biznesdir. O hər yerdə olduğundan onun üçün istehlakçı və istehsalçını ayıran məsafə əngəl kimi olmur. Lkain burda bir problem var.
Gücünün olmasına baxmayaraq, superideya hərşeyə də qadir deyildir.O özünü insanlar yeridə bilər, lakin insanlar bəzən beyinlərinə yeridilən ideyanı müstəqil şəkildə inkişaf etdirmək istəmirlər, çünki çoxlu düşünmək lazım gəlir və bunu da bir çox insan ya sevmir ya da buna vaxt tapmır.
Onlar hazır ideya elementlərindən, onun hissələrindən özlərində inkişaf etdirmək üçün istifadə edərdilər, amma onları özləri yaratmağı isə çox vaxt ya istəmirlər ya da bacarmırlar. Buna görə də ideyanın yeridildiyi hər insan istehlakçı olmur, demək, istehsalçıların gəlirli iş üçün lazım olan qədər məhsul və xidmət istehsal etmək imkanları olmur.
Bazarın görünməz əli konsepsiyası
Bu vəziyyətin, olmayan elemetlərin yaradılması yolu ilə aradan qaldırılması və onların potensial istehlakçılara ötürülməsi ilə marketinq və ya noomarketinqi olanlar məşğul ola bilərlər. Bu məsələdə noomarketinq daha effekivdir. Bu insanlar da lazım olan ideyaya yaxşıca yiyələnməlidirlər.
Marketinqin vacibliyinə və lazımlı olmasına baxmayaraq, bir çox istehsalçılar və iş adamları onu artıq və lazımsız hesab edərək ondan imtina edirlər. Burada da onlar ən böyük səhvi edirlər və özlərini böyük satışdan məhrum edirlər, lakin onları başa düşmək olar. Məsələ burasındadır ki, onlar özlərində ideyanı inkişaf etdiriblər və ona müvafiq məhsul yaradıblar.
Bunun əsasında onlar məntiqi olaraq belə hesab edirlər ki,digər insanlar da özlərində ideyanı inkişaf etdirmək istəyirlər və bunu bacarırlar. Lakin bu belə deyil. Əslində isə yalnız 3-5% insan müstəqil olaraq, inkişaf üçün lazım olan ideya elementlərini yaradırlar və istehlakçıya çevrilirlər. Daha 10-20% insan özü marketoloqlar tərəfindən yaradılmış elementləri istifadə edir və özləri də özlərini istehlakçıya çevirirlər.
Bazarın görünməz əli ilə necə dost olmalı?
İdeyanı özlərində inkişaf etdirib məhsul və xidmət istehlakçısı olmaq istəməyən və ya bunu bacarmayan insanlara yalnız marketoloqlar kömək edə bilərlər.Onlar hətta ən tənbəl insanları belə istehlakçıya çevirə bilən alətlərə malik olurlar. Marketoloqlar istehlakçı yarada bilirlər – onlar biznesə lazımdırlar.
Biznes müştərisiz ola bilməz, buna görə də ona marketoloqlar lazımdır. Əlbəttə, istehsalçılar da alətlərə yiyələnə bilərlər, lakin nəticədə onlar özləri marketoloq olacaq və eyni anda bir neçə işlə məşğul olmağa məcbur qalacaqlar. Bu isə asan olmur.
Hər kəs öz işi ilə məşğul olmalıdır. Bazarın görünməz əli və marketoloqlar istehlakçı yaradırlar, istehsalçılar bu marketoloqları işə alırlar, özləri isə bu istehlakçılara lazım olan məhsulları yaradırlar. Marketoloqları ştata almaq vacib deyil. Konsaltinqdən də istifadə edib marketinq üzrə məsləhətlər almaq və bütün suallara cavab tapmaq mümkündür.