evden is

Məsafədən işləməyin hansı çətinlikləri var?

Baxış sayı: 963

Ölkəmizdə kornavirus təhlükəsi ilə bağlı mart ayının 14-dən etibarən elan olnan karantin vəziyyəti müxtəlif dəyişikliklərlə hələ də davam edir.. Bu günə qədər bəzi iş yerlərinin fəaliyyəti hələ də bərpa olunmayıb, bəziləri çıxış yolunu onlayn iş rejiminə keçməkdə gördü. Amma onlayn iş rejiminə bəzi vətəndaşlar öyrəşə bilmir. Bunun çətinliklərini dilə gətirirlər.

Əksər vətəndaşlar isə, işin iş şəraitində görülməsinin tərəfdarı olduqlarını deyirlər.

 

Məsafədən işləməyin hansı çətinlikləri var?

Bakı sakini 34 yaşlı Aysel İmanova bildirir ki, o repetitor-müəllim vəzifəsində çalışır. Ölkədəki vəziyyətlə bağlı bir müddətdir ki, uşaqlara onlayn dərs dediyini bildirən A.İmanova onlayn təhsilin uşaqlar və müəllimlər üçün çətin olduğunu dilə gətirir: “İşdə olanda hamı bilir ki, işdəsən. Rahat dərsini keçirsən. Amma evdə olan zaman evin işləri də üzərinə düşür və bacarmırsan. Uşaqlar da onlayn dərsləri qavramaqda çətinlik çəkirlər. Ümid edirəm ki, tez bir zamanda bu vəziyyət sona çatar”.

Azər Allahverənov: “Bu layihə gəmiçiliyinin inkişafı üçün maraqlı ...

Ekspert Azər Allahverənovun sözlərinə görə, insanlar çıxılmaz vəziyyətdə olduğu üçün məsafədən işləməyə məcburdurlar. Belə ki, iş yerlərinin fəaliyyətinin müvəqqəti olaraq dayandırması, müəyyən iş yerlərinin bağlanması, social təcrid vəziyyətində insanların daha təhlükəsiz vəziyyətdə qalması üçün bu kimi addımların atılması labüddür.

“İş yerində çalışan zaman iş yeri öz resurslarını bunun spesifikasiyasına uyğunlaşdırır. Nəticə etibarilə işçilər rahat şəkildə üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilirlər. İnsanların məsafədən işləməyə hazır olmaları bacarıqları, texniki vasitələrin olması da burada başlıca rol oynayır. Məsafədən işləmək, internet vasitəsilə işləmək deməkdir. Bu baxımdan hesab edirəm ki, internet şəbəkəsi keyfiyyətli olmalıdır. Biz ev şəraitində çalışdığımız qədər müəyyən trafik alırıq. Ancaq hamı evdə qaldığı üçün internet kifayət etmir”, – deyə Allahverənov bildirir.

Onun sözlərinə görə, sosial təcrid vəziyyətində insanların işləməsi olduqca ağır bir prosesdir. Xüsusilə buna öyrəşməyən, gündəlik həyat tərzi kifayət qədər dinamik olan şəxslər üçün çətindir: “Ancaq qeyd etdiyim kimi, bacarıqlar, hazırlıq və texniki vasitələr olduğu zaman social təcrid vəziyyətində belə öz işlərini rahat yerinə yetirə bilərlər. Unutmayaq ki, bu vəziyyət müvəqqəti bir prosesdir. Bu çətinliklərə öyrənməklə zəruri bacarıqları əldə etmiş oluruq. Çünki iş şəraitində hər şey işdəki imkanlardan asılı idisə, bu gün imkanları özümüz müəyyən edir və tələblərimizə uyğunlaşdırırıq”.

ferqane mehmanqizi

Psixoloq Fərqanə Mehmanqızı bildirir ki, onlayn-məsafədən işləmək insanlara müxtəlif təsir edir. Yəni bu insandan və işdən çox asılıdır.

“Məsələn, bizim işimizdə onlayn işləmək mümkün deyil. Elə insan var ki, iş şəraitində işə daha çox diqqətini verə bilir. Elə də insan var ki, onun üçün uzaqdan işləmək daha rahatdır. Bu fərdi proses olduğu üçün ana qayda yoxdur. Məsələn, psixologiyanın onlayn həyata keçirilməsini mən təsəvvür edə bilmirəm. Psixoloqlar üçün iş şəraiti olmalı, insanla ünsiyyət olmalıdır” deyən psixoloq bildirib ki, hər bir halda vətəndaşlar olduqları vəziyyətin müvəqqəti olduğunu unutmamalıdırlar. Buna görə isə müvəqqəti sıxıntıya dözmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir