ruhiyye rustemova

İnsanların biri-birindən psixoloji asılıqları: necə yaranır və bu asılılıqdan necə azad olmaq olar? – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 412

Başqa insandan psixoloji asılılıq psixiatriyada addiksiya (addiction) adlanır. Bir tərəfdən nəzərə alsaq ki, yaxın insanlara bağlılıq həyatda bunsuz yaşanması mümkün olmayan sosial faktordur. Digər tərəfdən isə bu asılılıq bezdirici və patoloji hala çevrilə bilər. Lakin vəziyyətin ciddiliyi aşırı addiksiya şəxsiyyətin psixoloji pozuntusuna və ciddi psixiatrik xəstəliyə çevrilə bilər. Psixoloji asılılığın bu növü əks cinsə və ya doğma insana qarşı məsələn, ananın uşağa qarşı bağlantısı da ola bilər. Bu cür bağlantı şəxsiyyətin total idarəsi ilə xarakterizə edilir, özünü idarə pozulur və daim “yanımda ol” rejiminə keçir.

Əlbəttə ki, sevgi, qayğı, sevinc və bir çox digər pozitiv emosiyalar, sevdiyimiz insanlarla, yaxınlarımızla bölüşdüyümüz duyğulardır. Asılılıq (addiksiya) bütün gözəl hissləri adekvat, münasibətləri dağıdır və fizioloji və psixoloji disbalans yaradır. Psixoloji asılılığın 3 əsas forması var: Valideynlərdən asılılıq, dostlardan və ünsiyyət qurulan insanlardan asılılıq, sevdiyin insandan asılılıq.

Həyata gəldiyi andan şəxsiyyət kimi formalaşdığı ana qədər fərd valideynləri ilə sıx əlaqədə olur. Hər bir uşağın psixoloji və ekonomik faktorlara əsaslanan köməyə ehtiyacı olur. İlk bir neçə il asılılıq instinkt səviyyəsində tənzimlənir. Sonralar isə uşağın böyüməsi ilə azad olması nəticəsində valideyndən uzaqlaşması baş verir və o fərd kimi formalaşaraq öz məqsədlərinə uyğun sərbəst yaşamağa başlayır, onu ana ilə ata  sosial mühitə buraxır. Məhz bu an valideyn ilə övlad arasında psixoloji asılılıq dayandırılmasa, ciddi nəticələrlə üzləşilə bilər. Valideynin uşağın hipermüdafiəsi və hiperqayğısına qalması gəncin real həyatda adaptasiyasına mane olur. Bu zaman gəncin sosial mühitdə adaptasiya edə bilməməsi onun dostlarından və ünsiyyət qurduğu insanlardan asılılığını yaradır. Bu asılılığın növü ətrafda olan insanların ideya və fikirləri ilə bağlı olur. Fərd yaxınlarından ünsiyyət qurduğu insanlardan daim kömək gözləyir, daha güclü insanlarla dostluq edərək daim onlardan yardım gözləyirlər. Psixoloji asılılığın bu növü manipulyasiya tipli olur. Sevdiyi insandan asılılıq isə ən ciddi addiksiya növüdür. Hətta ən güclü insanlar belə bu halın öhdəsindən sərbəst gələ bilmirlər. Söyləyəcəyim klassik səhnə hər kəsə tanışdır. Qadınlar daim həyat yoldaşları üzərində nəzarəti saxlayır, onları özlərinin yanında tutmaqla bir yerdə zaman keçirməyi təkid edirlər. Bu zaman qadının şəxsi maraqları və tələbləri psixoloji neqativ təzyiq kimi həyat yoldaşına təsir edir. Bu təsir hətta evlilik öncəsidə cütlüklər arasında ola bilər.

Patoloji asılığı necə təyin etmək olar? Patoloji asılığı aşkarlamaq psixoloji izləmək və analiz etməklə aşkarlana bilər.  Neqativ halların aşırı çox olduğunu nəzərə alaraq nəticələrinin zərərverici olduğunu aşkaralayaraq patoloji halın kəşkinləşdiyini aşkarlamaq olar. Asılı insan psixi, xəstə, emosional qeyri-taraz, aqressiv, daim narazı, bəzən təhlükəli ola bilər. Asılı insanın bütün maraq dairəsi bir obyekt ətrafında cəmlənir, özünün şəxsi maraqları olmur, social həyatdan uzaqlaşır, nəzarət etdiyi obyekt onun üçün əsas məqsədə çevrilir. Psixoloji asılı olan insanın davranışı, dünya görüşü dəyişir, tez-tez xarakterik emosional dəyişkənliklər yaşayır, eyforiyadan depressiyaya qədər dalğada hərəkət edir. Bəzən emosional partlayışlar normal ünsiyyət, anlayış dəyişikliyi olur. Xəstənin bütün fikirləri obyekti görmək, onunla daim ünsiyyətdə olmaq, istədiyi kimi idarə etməkdən olur. Bu zaman şəxsi maraqları arxa plana keçir, toplanmış əzab, ağrı, həyacan xəstədə xroniki stressə çevrilir. Görüşlər zamanı emosional durum pozitivləşir, qarşı tərəfin manipulyasiyası güclənir. Daimi təşvişlər, panik ataklar yüksək dərəcəli psixi gərginliklərə gətirib çıxarır. Xəstənin daimi baş ağrıları, baş gicəllənmələri, yuxu pozuntuları, ürək döyüntüləri və nevroloji simptomlar aşkarlanır. Şəxsi qərarlar vrə bilməmələri, gündəlik həyati problemlərinin sərbəst həll edə bilməmələri onlardan özgüvən azlığına və aqressiyaya çevrilir. Xəstə sərbəst halda düşdüyü psixoloji durumdan azad ola bilmir, bu zaman xəstəyə psixoloji dəstəyin göstərilməsi önəmli olur.

 

Ruhiyyə Rüstəmova

Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri




1 şərh “İnsanların biri-birindən psixoloji asılıqları: necə yaranır və bu asılılıqdan necə azad olmaq olar? – “QƏBUL OTAĞI”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir