balqabaqli makaron

Balqabaqlı makaron necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 885

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə oxucularımıza balqabaqlı makaronun hazırlanma qaydasından bəhs edəcəyik.

 

İnqrediyentlər

3 x.q. yağ

1 paket penne makaron

3 x.q. un

3 stəkan süd

1 ç.q. duz

1/2 ç.q. qara istiot

1 ç.q. əzilmiş sarımsaq

1/2 stəkan sərt çeddar pendiri

1/2 stəkan parmezan

1 stəkan balqabaq püresi

 

Hazırlanma mərhələsi

Su qaynadılır və duz əlavə olunur. Qaynayan suya makaron əlavə olunur. 8 dəqiqə qaynadılır. Yağ tavada əridilir. Üzərinə un əlavə olunaraq qovrulur. Unun üzərinə süd əlavə olunur. Qatı hal alanda üzərinə duz, istiot, sarımsaq tökülür. Balqabaq püresi də əlavə olunur, qarışdırılır və ən sonda pendirlər əlavə olunaraq sous alınır. Soba 375 dərəcə isidilir. Makaronlar soba qabına tökülür. Üzərinə balqabaqlı sous əlavə olunur və üzəri qızarana qədər bişirilir. İsti halda servis edilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir