tv

Uşaqlar televizora hansı şərtlərlə baxa bilər?

Baxış sayı: 789

Faydalı olmaqla yanaşı, televizor uşaqlara mənfi təsir göstərir. Vəziyyəti tənzimləyə bildiyimiz halda televizorun ancaq faydalı tərəflərini əldə edə bilərik.

0-6 yaşlı uşaqlara uzun ğmüddət televizora baxmaq olmaz. Bu yaş aralığındakı uşaqlarla söhbət etmədikdə, söylədiklərinə reaksiya vermədikdə və onlarla oynayıb vaxt keçirmədikdə beyin düzgün inkişaf etməyə bilər. Uşağın tək televizora baxmasına və televiziya proqramlarını seçməsinə icazə verilməməlidir.

Yatmazdan əvvəl uşaq televizora baxmamalıdır. Çünkü yatmazdan əvvəl öyrənilən məlumatlar daha dəqiq yadda saxlanılır. Bu səbəbdən uşağın biliklərini artıran proqramlara üstünlük vermək məsləhət görülür. Uşağı televizor izləyərkən yedizdirmək və yatızdırmaq olmaz. Bu uşaqlarda qidalanma və yuxu pozuntularına səbəb ola bilər.

Uşaq müəyyən norma çərçivəsində və yaşa uyğun proqramlara baxdıqda televizorun müsbət tərəflərindən faydalana bilər. Belə ki, uşağın söz ehtiyatını zənginləşir, dünya görüşü, maraq dairəsi və təxəyyülü genişlənir, əyləncəli və öyrədici vaxt keçirir.

tv

Televizorun faydalı tərəflərini artırmaq üçün aşağıdakılar tövsiyə olunur:

– Uşağın yaşına uyğun proqramlar seçmək

– Proqramdakı hadisə və əşyaları uşaqla müzakirə etmək

– İşığı söndürməmək

– Televizora təxminən 2 metr məsafədən baxmaq

– Televizoru uşağın otağına qoymamaq

– Televizora baxmağı cəza yaxud mükafat kimi istifadə etməmək

– Gün ərzində televizora maksimum 1 saat baxmaq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir