Koronavirus

Korona, yoxsa mövsümi qrip daha çox öldürür? – ARAŞDIRMA

Baxış sayı: 964

Koronavirus mövsümi qripdən daha az öldürücüdür. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət Proqramlarının direktoru Mark Rayn deyib.

O bildirib ki, dünya əhalisinin 10%-i koronavirusa yoluxmuş ola bilər: “Apardığımız araşdırmalar və ehtimallara əsasən bunu deyə bilərik”.

Dünya əhalisinin 7,8 milyard nəfər olduğunu nəzərə alsaq, bu hesaba görə, real yoluxma sayı 780 milyon civarındadır. Bu da indiyə qədər rəsmi qeydiyyata alınan yoluxma sayının 20 qatı deməkdir. Rəqəm qorxunc dərəcədə yüksək görünsə də, durum başqa nəticəyə işarə edir. “Qardiyan”ın xəbərinə görə, 780 milyon insana yoluxan virus 1,1 milyon insanı öldürdüsə, infeksiyanın ölüm faizi 0,14-dür. Bu rəqəm bir çox mütəxəssisin bəyan etdiyi kimi koronavirusun mövsümi qripdən daha az öldürücü olduğunu ortaya qoyur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir