“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə tərəvəzli soğan qızartmasının hazırlanma qaydasını təqdim edəcəyik.
İnqrediyentlər
1 şüşə mineral su
1 stəkan süd
1 ç.q. qida sodası
2 stəkan un
1 ç.q. duz
200 qram arpacıq soğan
1 ədəd badımcan
1 ədəd yunan qabağı
1 dilim balqabaq
2 x.q. zeytun yağı
150 qram super Sun yağı (qızartmaq üçün)
Hazırlanma mərhələsi
Mineral su, süd və soda bir kasada qarışdırılır. Un və duz da bir qabda qarışdırılır. Badımcan, qabaq, balqabaq dilimlənir. Dərin bir qabda zeytun yağı, duz və ədviyyatlar qarışdırılır. Dilimlənmiş tərəvəzlər bu qarışıma bulaşdırılır və yağlı kağız sərilmiş soba qabına yığılır. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobda 15-20 dəqiqə bişirilir. Sobadan götürülür servis boşqabına yığılır. Arpaqcıq soğanlar əvvəlcə una, sonra mineral su qarışımına bulaşdırılır. Yağ tavada əridilir, qaynar yağda soğanlar qızardılır. Soğanlar sobadan çıxarılan tərəvəzlərin üzərinə tökülür və servis edilir.
Tehranə Əskərova