koronavirus

Koronavirusun ağır gedişatının SƏBƏBLƏRİ

Baxış sayı: 606

Koronavirusun gedişatının şiddəti bədənin ümumi vəziyyətindən və virusun orqanizmə nə qədər düşdüyündən asılıdır.

“Gencaile.az” saytının “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə infeksionist Andrey Pozdnyakov danışıb:

“COVID-19 xəstəliyinin şiddəti infeksiya dozasından və müşayiət olunan xəstəliklərdən asılıdır. Tibb işçiləri koronavirusa ən həssas olan vətəndaş kateqoriyasına daxildir. Xəstələrlə müalicədə daha çox virus aldıqları üçün onlar xəstəliyi daha ağır keçirir”, – həkim bildirib.

Bundan əlavə, xərçəng, ürək-damar xəstəlikləri, diabet, HİV və metabolik xəstəlikləri olan xəstələrdə ağırlaşama riski yüksəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir