Koronavirus

Koronavirusa qarşı hansı dərmanlar alınmalıdır?

Baxış sayı: 890

Rusiya Xalqlar Dostluğu Universitetinin Ümumi və Kliniki Farmakologiya şöbəsinin müdiri, professor Sergey Zıryanov koronavirus pandemiyası zamanı hansı dərmanların faydalı olduğunu açıqlayıb.

“Gencaile.az” saytı  “Publika.az”-a istinadən xəbər verir ki, ekspert hər şeydən əvvəl antipiretik (bədənin hərarətini azaldan) dərmanlar almağı tövsiyə edib.

“Ən yaxşısı parasetamoldur. Çünki ibuprofen COVID-19-da bərpaedici xüsusiyyətə malik deyil. Burun damcıları da ala bilərsiniz” – Zıryanov verdiyi müsahibədə deyib.

Mütəxəssis insanları antibiotik almamağa çağırıb. O bildirib ki, dərmanı peşəkar həkim təyin etməlidir. Zıryanov əlavə edib ki, antiviral dərmanların istifadəsi yalnız həkim nəzarəti altında mümkündür, çünki arzuolunmaz reaksiyaları var.

Professorun sözlərinə görə, D vitaminindən sui-istifadə etməməlisiniz. Çünki artıq miqdarı damar zədələnməsinə, böyrək çatışmazlığına və digər problemlərə səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir