Kifayet Mensimova

Pozitiv və neqativ perfeksionizm: Mənbələr və inkişaf mərhələləri

Baxış sayı: 949

Son onillikdə Rusiya və xarici psixoloji elmində perfeksionizm problemləri üzrə tədqiqatların sayı və onlara maraq dəfələrlə artıb. Bəzi psixoloqlar perfeksionizmi iyirmi birinci əsrin xəstəliklərinə aid edirlər. Perfeksionizm-mürəkkəb haldır, onun təsiri insan həyatının bütün sahələrini əhatə edə bilər. Normal  “perfeksionizm”  zamanı insan səyli işdən məmnun olur, özünü inkişafa və nəticələrin yaxşılaşdırılmasına can atır, bununla belə öz şəxsiyyət və ya vəziyyət  mükəmməlliyinin hüdudunun olması faktını qəbul etmək qabiliyyətində olur. Nevrotik perfeksionizm zamanı insana hər şey yetərli qədər mükəmməl görsənmir. Dərinlərə kök salan tam dəyərli olmama və zəiflik hissi onu həddən artıq özünü dağıdıcı səylər dairəsinə çəkir və hər bir iş və ya vəzifə növbəti təhdidedici çağırışa çevrilir.

L. Teri-şort və digər müəlliflər pozitiv və neqativ perfeksionizmi təsvir ediblər. Birincisi, pozitiv əsaslandırma funksiyası olan davranış kimi xarakterizə olunur; o, stimullarla qarşılıqlı təsir etmək hazırlığından ibarətdir. Mənfiperfeksionizmneqativ əsaslandırmanın funksiyası, eləcə də xoşagəlməz nəticələrdən qaçmaq cəhdidir.

Perfeksionizm tədqiqatçılarını hər zaman bir sual narahat edib – perfeksionizmi özünü təkmilləşdirmə və özünü aktuallaşdırmaya sağlam cəhdin təzahürü kimi və ya “mövcud olmayan mükəmməlliyin zəhlə tökən mübtəlalığı” kimi hesab etmək lazımdır. Bəzi psixoloqlar hesab edirlər ki, bu suala birmənalı, hər hal üçün ədalətli olan, son cavab tapıla bilməz.

Peters yazır: “Maksimal nailiyyətlər, maksimal inkişaf üçün (məsələn, əmək və inad tələb edən böyük məqsədlər qoymaq meyli) yaxşı və zəruri olan bir şey insan həyatına həm pozitiv, həm də neqativ təsir göstərə bilər”. Əgər Parker və Adkins səyi insan tərəfindən özü üçün qoyduğu standartlar “qeyri-real yüksək” olduğu zaman tamamilə nevrotik qiymətləndirməyi təklif edirsə, Peters bu müəlliflərlə mübahisə edərək, aşağıdakı sualı verir: «İstedadlı insanlar üçün nəyi qeyri – real hesab etmək olar? Kim çox qabiliyyətli  və öz qabiliyyətlərini tam həcmdə inkişaf etdirmək istəyən şəxslər üçün yolverilən iddia səviyyəsi haqqında obyektiv fikir söyləyə bilər?”

Bununla belə, Parker və Adkins yuxarıda qeyd olunmuş fikri bildirərək, perfeksionizmin sağlam və ya nevrotik təbiəti haqqında qəti qərara iddia etmirlər. Onlar aşağıdakı misalı göstərirlər: idmançı qız, Olimpiya Oyunlarının, sürətli enmə üzrə yarışların iştirakçısı start xəttində dayanıb, böyük gərginlikdə enmədən əvvəl öz gücünü toplayıb. Uzun illər, uşaqlıqdan o, gündə bir neçə saat məşq edib, idman rejiminə riayət edib, qarşıda duran bir neçə saniyəyə görə bir çox şeydən imtina edib. Məqalənin müəllifləri belə bir sual verirlər: idmançı qızın perfeksionizmi normal və ya nevrotikdir? Silverman hesab edir ki, perfeksionizmin qiymətləndirilməsi mədəni olaraq determinasiya olunub. Rəqabət prinsipinə əsaslanmış cəmiyyətdə Silverman aşağıdakı tendensiyanı müşahidə edir. Mükəmməlik, özünü təkmilləşdirməyə cəhd elə tətbiq olunub ki, insan hər hansı bir ictimai qəbul edilən sahədə daha rəqabət qabiliyyətli olur və cəmiyyət tərəfindən istedada malik, milli və beynəlxalq səviyyədə yarışa bilən şəxs kimi qəbul edilir – bu zaman onunperfeksionizmi təşviq edilir. Onun mükəmməliyə cəhdi cəmiyyətin “lazımsız, uyğunsuz” kimi hesab edilən sahəyə yönəldiyi zaman perfeksionistiqınayır və nevrotik kimi hesab edirlər.

Maslou konsepsiyasının əsas müddəalarına əsasən, mükəmməliyə cəhd, aktiv özünü təkmilləşdirmə – nevrozun təzahürü deyil, şəxsiyyət sağlamlığının göstəricisidir. K. Horni daha mükəmməl olmaq, ideala maksimal şəkildə yaxınlaşmaq cəhdinin özünü nevrotik hesab etmir. O ehtimal edir ki, “həqiqi ideal” və özünün “nevrotik ideallaşdırılmış obrazı” anlayışlarını ayırmaq lazımdır. Sonuncu “.. .həqiqi ideallardan fərqli olaraq statikdir. Bu, insanın əldə olunmasına can atdığı məqsəd deyil, onun sitay iş etdiyi cəmləşdirilmiş ideyasıdır. İdeallar dinamik xassəyə malikdir; onlar həmin ideyalara yaxınlaşmaq cəhdini doğurur, onları çəkir; onlar istənilən inkişaf üçün tələb olunan və qiymətsiz qüvvədir. İdeallaşdırılmış obraz inkişaf üçün şübhəsiz əngəl olur, çünki qüsurları inkar edir və ya onları pisləyir. Həqiqi ideallar təvazökarlığa, ideallaşdırılmış obraz – təkəbbürlüyə aparır». К. Horni qeyri-həqiqi, nevrotik ideala can atan şəxsiyyətin müxtəlif inkişaf variantlarını təsvir edir: «… Əgər nevrotikə özünü onun həqiqətən də bu ideallaşdırılmış obraza uyğun olduğuna inandırmaq vacibdirsə, o zaman o, həqiqətdə möhtəşəm ağıla malik olduğu və ya qüsurları da çox gözəl olan zərif insan olduğu haqqında təsəvvür inkişaf etdirir. Əgər diqqət ideal ilə müqayisədə qatı nifrətə layiq olan real “Mən”-də cəmlənirsə, o zaman ən alçaldıcı tənqid ön plana çıxır. Özünə qarşı etinasızlıq nəticəsində yaranan özü haqqında təsəvvür ideallaşdırılmış obraz kimi reallıqdan o qədər uzaq qala bilər ki, onu alçaldıcı obraz adlandırmaq olar… Əgər o, ilk növbədə reaksiya verirsə, biz “narsissik” insan haqqında təsəvvür əldə edirik… ikinci halda bizdə xüsusi “Super-Eqo” tipli perfeksionist təsəvvürü olur. Horni belə bir variantı da nəzərdən keçirir: “…insan heç kimin və heç nəyin qarşısında cavab verməyən kimi görünür; o, dəlilik, məsuliyyətsizlik və neqativizmə meyilli olur”.

Faktiki olaraq “normal” (yəni pozitiv) və nevrotik (neqativ) perfeksionizmi arasında fərq perfeksionizmin psixometrik ölçülmə metodlarının yaradılmasına qədər müəllif – klinisistlər tərəfindən daxil edilib. Normal perfeksionist – özü üçün yüksək standartlar müəyyən edən, lakin bu zaman pedant deyillər, uyuşqanlıqla fərqlənir, öz standartlarını mövcud vəziyyətə uyğunlaşdıra bilən, yəni nevrotik perfeksionistlə müqayisədə daha uyğunlaşmış olan, özü üçün yüksək standartlar qoyan və özünə səhv buraxmaq imkanını verməyən şəxsdir. Deməli, sonuncularda heç zaman nəyinsə kifayət qədər yaxşı icra edildiyi hissi olmur. Bu fərqin mənası ondan ibarətdir ki, perfeksionizm öz davranışının həddən artıq kritik qiymətləndirilməsi meyli ilə birgə hərəkətin yerinə yetirilməsinin yüksək standartlarını nəzərdə tutur.

Neqativ perfeksionizmin formalaşması amillərini nəzərdən keçirək. Onlardan birincisi – fərdin öz fəaliyyətinin qüsurlarından narahatlığı. Pozitiv perfeksionist məntiqli və realistik standartlara can atır, bu da uyğunluq halında özünü məmnun etmə və özünü qiymətləndirmənin artırılmasına səbəb olur. Neqativ perfeksionistlər öz fəaliyyətinin qüsurları o qədər narahatdır ki, hətta ən əhəmiyyətsiz qüsurdan öz tələblərinə tam uyğunsuz olduqlarını hiss edə bilərlər.

İkinci amil – əldə olunmuş nəticənin keyfiyyətinə görə şübhədir. Bu, fəaliyyətin ayrı-ayrı qüsurlarının əsaslı təhlili deyil, işin pis yerinə yetirildiyinə dair ümumi hissiyyatdır.

Üçüncü amil ondan ibarətdir ki, neqativ perfeksionistlər öz valideynlərinin ümidləri və qiymətlərinə böyük əhəmiyyət verirlər. Bir çox psixoloqlar pozğunluğun səbəbi və onun mənbəyi qismində valideynləri ilə əlaqəni təsvir ediblər. Onlar ehtimal ediblər ki, perfeksionistlər elə bir mühitdə böyüyüblər ki, burada təqdir və sevgi onların uğurları ilə şərtləşib. İstənilən uğursuzluq və ya səhv uşağın valideynləri tərəfindən qəbul edilməməsi və sevgilərinin itirilməsinə səbəb ola bilərdi.

Beləliklə, bu gün perfeksionizmin tədqiqinin müxtəlif aspektləri üzrə çoxsaylı tədqiqatlar aparılıb: konseptualizasiya, qiymətləndirmə metodlarının işlənib hazırlanması, şəxsiyyət xüsusiyyətləri ilə əlaqə. Lakin bu sahədə tədqiqat üçün hələ böyük boşluq var.

 

İstifadə olunmuş mənbələrin siyahısı

1) Y.V. Zelentsova. Xarici və yerli psixoloqların əsərlərində perfeksionizmin tədqiqinə tipoloji yanaşma / Privolojsk elmi xəbərlər məcmuəsi // Psixoloji elmlər, 2015. – № 6-2(46). – S. 87-89

2) O.P. Kaşina. Müasir cəmiyyətdə perfeksionizm və narsissizm problemi / N.İ. Lobaçevski adına Nijeqorod Universitetinin xəbərlər məcmuəsi // Sosial elmlər, 2010. – №2(18). – S. 41-46

3) N.B. Lukina. Məqsədli istiqamət və şəxsiyyətin perfeksionizmi haqqında // Studia Humanitatis. 2016. №3.

4) A. Maslou. Motivasiya və şəxsiyyətSpb.: Avrasiya 1999

5) K. Horni. Bizim zamanın nevrotik şəxsiyyəti. Daycest. М., 1993. S. 32-40.

6) V.A. Yasnaya, S.N. Yenikolopov. Perfeksionizm: Problemin tədqiqi tarixi və müasir vəziyyəti // Psixologiya məsələləri. – 2007. – N 4. – S. 157-168.

7)Emily L. Mofield, Megan Parker Peters Mindset Misconception? Comparing Mindsets, Perfectionism, and Attitudes of Achievement in Gifted, Advanced, and Typical Students // 2018, р. 327-349

8)Parker W. D., Adkins K. K. Perfectionism and the gifted // Roeper Review. AJournalongiftededucation, 1995, v. 17, p. 173–176.

 

Psixoloq-pedaqoq Kifayət Mənsimova

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir