tehmasib cavadzade

Psixoloq: “Bunların hamısının kökündə cinsi uyğunsuzluq dayanır”

Baxış sayı: 1. 207

İllər öncə qonşumuzda bir gəlin yaşayırdı. Əri həbsə düşdü, 10 il onun yolunu gözlədi. Lakin əri həbsdən çıxıb evə qayıdandan bir neçə ay sonra qadın boşanıb getdi. Hər kəs qınadı. Amma kimsə onun ürəyindən nələr keçdiyini, buna nəyin səbəb olduğunu düşünmədi. Eləcə qınadılar. Sadəcə anlamaq lazım idi ki, onun həbsxanaya yola saldığı kişi ilə geri qayıdan kişi eyni adam deyildi. Dəyişmiş, başqa birisi olmuşdu. Başqa bir faktdı da qeyd edim. Yaxın günlərdə yenicə toy edib qohum olmuş iki ailə gənclər boşanmaq istədiyinə görə davaya qalxdı. Gəlin öz qohumlarına ərinin ona qeyri- adi cinsəl istəklərdə olduğunu demiş , bunu eşidən qız evinin kişiləri də qəzəblənib bəyi döyməyə qalxmışdılar. Beləcə bir ailə dağıldı. Son illər Azərbaycanda boşanmaların sayının artmasını qeyd edəndə əsasən sosial, iqtisadi problemləri göz önünə sərsələr də arxa plana atılan çox vacib bir məslədən, cinsi uyğunsuzluqdan heç kim danışmır. Ən vacib məslə haqqında həmişə susurlar.

Xəzər Universiteti

Müsahibimiz klinik psixoloq, seksopatoloq trener Təhmasib Cavadzadədir. Təhmasib Cavadzadə fikirlərini bildirməzdən öncə bir məsləyə diqqət çəkməyi vacib bildi.

Əvvəla onu qeyd edim ki, psixoloqlar bu mövzunu izah edəndə onu hər tərəfli analiz edir və bütün şəxsiyyət növlərinə görə izah edirlər. Amma deyək ki bu məlumatla tanış olan insanlar bütün şəxsiyyət növlərindən yalnız birinə aid olurlar. Deyilənləri özündə görməyəndə, “bu düz deyil” deyə fikirləşirlər. Buna görə oxuyarkən obyektiv yanaşmaq lazımdır.

 

– İnsanlar evlənərkən qarşı tərəfdə nələrə diqqət etməlidirlər?

– Cütlüklər arasında cinsi uyğunsuzluq varsa bu emosional boşanmaya səbəb olur. Emosional boşanma dedikdə birlikdə yaşayıb, amma cinsəl həyatsız, aqressiv, dava-dalaşlı və keyfiyyətsiz həyat tərzini nəzərdə tuturuq. Bu da gec –tez notarial boşanmaya səbəb olur. Çünki cinsəl istək bir bioloji, fizioloji və psixoloji ehtiyacdır. Buna görə hər kəs ideallarına uyğun partnyor axtarır. Cinsi istək təkcə ehtiras üzündən yaranmır.Hər insanda cinsi ideallar var. Cinsi idealların yaranmasına qarşı tərəfin şxsiyyət tipi, görünüşü, davranışları, özünü aparmaq tərzi və başqa xüsusiyyətləri səbəb ola bilir. Bir şeyi səhv salmamalıyıq ki, bir gecəlik müvəqqəti əlaqələrin qurulmasına da yuxarıda sadaladığımız ideallardan birinin uyğun gəlməsi səbəb olur və digər cinsi ideallara əhəmiyyət verilmir. Amma evlilikdə mutləq surətdə qeyd olunan butun cinsi ideallar nəzərə alınmalıdır. Bəzən evlilik zamani cinsi idealların birinə əhəmiyyət verilir. Sonradan isə digər xüsusiyyətlər qarşı tərəfdə qıcıq yaradır. Çünki cinsi istək elə bir davranışdır ki, stress, əsəb, həyəcan, deyinmək, mənasız davalar, kin, düşmənçilik, ikrah hissi kimi mənfi xüsusiyyətlərdən uzaq olmalıdır. Məsələn tərəflərdən birinin mənasız yerə hər şeyə deyinməsi bu istəyi məhv edə bilir, qarşılıqlı ikrah hissinə gətirib çıxarır. Bu aydın məsələdir ki, insan sevmədiyi şeylərdən uzaqlaşır. Ailə münasibətlərində mənfi münasibətlərin çoxalması cinsi istəyin azalmasına və birdən- birə bitməsinə gətirib çıxarır. Bu da öz növbəsndə xəyanət, əsəbilik, aqresivlik, emosional boşanma və ən sonda notarial boşanmaya səbəb olur.

 

– Sizə cinsi uyğunluğu öyrənmək üçün gələn cütlüklər olurmu?

– İş bundadır ki, bizim cəmiyyətdə belə bir qələmə vermə forması var ki, guya heç kim cinsi istəyə görə ailə qurmur. Guya sırf nəsil artırmaq və xüsusi dəyərləri qorumaq üçün ailə qurulmalıdır. Bizim bəzi mental dəyərlərimiz insan təbiəti ilə uyğun gəlmir.

İnsan təbiəti və insan psixologiyası isə tamamilə başqadır. Evlilikdə müəyyən şərtlər var. Birincisi şəxsiyyət uyğunluğudur, ikincisi cinsi uyğunluq. Evliliyin əsas şərtlərindən biri cinsi uyğunluqdur. Məhz cinsi uyğunluğun pozulması boşanmaların sayının artmasına səbəb olur.

 

– Gələcək ailə həyatını sığortalamaq üçün nə etmək olar?

– Məsələn cinsi istəyi çox olan insanla cinsi istəyi az olan insanın evliliyi 70 faiz emosional boşanma, 80 faiz xəyanət, 90 faiz notarial boşanma və 100 faiz mastrubasiya ilə bitəcək. Cinsi istək psixo-fizioloji ehtiyacdır və insanın hər hansı bir ehtiyacı ödənmədikdə o ya aqressivləşir, ya da depressiyaya düşür. Bu reallıqdır. İnsan çox ac qalanda əsəbi olur, günlərlə ac qalanda vəhşiləşir. Bəli cinsi istək və cinsi uyğunsuzluq boşanma səbəbi ola bilir. Ona görə ailə həyatı qurmazdan əvvəl insan gərək öz şəxsiyyətini tanısın və sonra öz şəxsiyyət tipinə uyğun həyat yoldaşı seçsin ki gələcəkdə cinsi problemlərlə üzləşməsin. Mən Tehranda 1 ildən çox sırf ailə və cinsəllik sahsində konsultant işləmişəm.

İranlılar evlənməzdən öznə bizə müraciət edib cinsi uyğunluğun olub-olmamasını müəyənləşdirməyimizi istəyirdilər. Bu tip konsultasiyalar insanın ailə həyatını sığortalayır.

 

– Cinsi uyumsuzluq səbəbi ilə boşanmanı necə dəyərləndirisiniz?

– Boşanan cütlüklər məhkəmələrə müraciət edərkən cinsi uyğunsuzluq ifadəsi işlətmir, bu barədə susurlar. Çox vaxt xasiyyət uyğunsuzluğu, baxımsızlıq, xəyanət deyirlər. Amma bunların hamısının kökündə cinsi uyğunsuzluq dayanır. Bir təfədən cütlüklər arasında cinsi uyğunsuzluq varsa ən münasib yol elə boşanmadır. Bəzən boşanmanı həddən artıq böyüdürlər. Maraqlıdır ki, biri subay olanda , evlənəndə ona əhəmiyyət vermirlər, amma boşanmaq istəyəndə hər kəs ağıl verməyə qalxır, işinə qarışır. Mən bir psixoloq kimi deyirəm, ailədə hər hansı bir problem zamanı heç bir həll yolu qalmadıqda boşanma ən məqsədəuyğun yoldur. Həyat insana bir dəfə verilir və onu sona kimi acı ilə yaşamağa məcbur deyilik. Hamının xoşbəxt yaşamağa haqqı var. Bəlkə bir bədbəxt ailə boşanıb iki yeni xoşbəxt ailənin qurulmasına səbəb olacaq.

Cütlüklər evlilikdən öncə gərək psixo-seksual konsultasiyadan keçsinlər.

tehmasib cavadzade 1

– Ailələrin verdiyi cinsi tərbiyənin bu anlamda rolu müsbətdir ya mənfi?

-Cinsi tərbiyənin bu məsələyə aidiyyatı yoxdur. Əgər oğlan və qıza valideynləri normal cinsi tərbiyə veribsə və gənclər yeni qurduqları ailədə cinsi uyğunsuzluq yaşayırlarsa aldıqları cinsi tərbiyənin bu problemi həll etməkdə köməyi olmayacaq. Cinsi tərbiyə uşaq və yeniyetmələrə faydalıdır ki, yanlış yollara düşməsinlər.Cinsi tərbiyədə həddən artıq qorxutmaq və qadağalar qoymaq lazım deyil. İnsan qadağan olunana yasaqlara meyilli varlıqdır. Valideyn uşağa nəyinsə pis və nəyinsə yaxşı olduğunu deməli eyni zamanda səbəbini də izah etməlidir.

Səbəbini izah edəndə yeniyetmə dərk edir. Uşaq özü sual verəndə və valideyn onda cinsi oyanmanın başladığını anlayanda bu barədə danışmaq lazımdır.

Bir çox analar qızlarını qorumaq və ya öz böyüklərindən də belə gördükləri üçün qız uşaqlarına cinsi əlaqənin ayıb və qorxulu bir şey olduğunu deyirlər. Uşaqda yüngül psixoloji zəiflik olanda bu vaginizm pozuntusuna çevrilir, ailə quranda həyat yoldaşını yaxın buraxmr.Dəfələrlə belə pasiyentlərlə qarşılaşmışam. Ən yaxşısı budur ki qıza ana cinsi tərbiyə versin, oğula da ata. Yanlış mənbələrdən məlumat alarsa doğru yolu bulması zaman ala bilər.

 

Rəsul




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir