DERS

Uşaqlara oxuma-yazmağı tez öyrətmək onları necə məhvə aparır?

Baxış sayı: 853

Bəzi ölkələrdə bir düşüncə var: “hələ ibtidai sinifdən uşaqlara oxumağı, yazmağı öyrətsək, həyata yaşıdlarından bir addım öndə başlayarlar”, deyə düşünürlər.

Elə bizdə də uşaqları erkən yaşda oxumağa məcbur etməklə, onların uğura daha tez çatacağını  düşünürlər.

Amma çox zaman belə olmur. Hətta bu, sonradan uşaqlar üçün zərərli  hala da çevrilir.

Uşaqların oxuma, yazma və hecalamağa yönəlik nevroloji inkişafı  erkən yaşlarda yaranmır. Onlar hələ  bunun üçün lazım olan bazaya sahib deyillər. Uşaq inkişafında nələrisə gözardı etmək, qısa yoldan və ya tələsik həll etmək olmaz.

İnsanın 3-7 yaş aralığında, əsasən, beynin sağ yarımkürəsi inkişaf edir ki, o da bu bacarıqları  reallaşdıran hissə deyil. Sağ tərəf şəkilləri görür və bir hekayəni anlamaq, beynimizdəki “film”i yaratmaq üçün zehni görüntüləri istifadə edir. Beynin sol tərəfi isə  bu prosesləri həyata keçirən zonadır.

Uşaqları həmin oxumağa məcbur etdikdə onlara sözləri səsləndirməkdənsə, kəlmələrin nəyə bənzədiyini əzbərlətməyə çalışırıq. Bu, doğru oxumaq üsulu deyil. Həm də uşaqlar sözlərin formaca nəyə oxşadığını əzbərləməyə fokuslandıqlarında, beyinlərindəki “filmi” yaratmaq üçün sağ beyinlərini istifadə etmirlər. Bu da onlara oxuduqlarını qavramada çətinlik yaradır.

Odur ki, uşaqları bu yaş aralığında oxumağa məcbur etsək, onların gələcək uğurlarını kölgə altına salmış olarıq.

usaqlara-oxuma-yazmagi-tez-oyretmek-onlari-nece-mehve-aparir

Bəs bu vəziyyəti necə düzəldə bilərik?

Uşaqlar bu yaşda onları zehni cəhətdən inkişaf etdirəcək oyunlar oynamalıdırlar. Bu hələ son deyil. Uşaqların gələcək uğurlarını formalaşdıran amillərdən biri də kitabdır. Odur ki, 3-7 yaş aralığında onlara bol-bol kitab oxuyun.

Onlara nə qədər çox kitab oxusanız, bir o qədər də zehni inkişaflarını gücləndirmiş olarsınız. Uşaqlar siz yüksək səslə kitab oxuduğunuz müddətdə, uşaqlar  kəlmələr arasındakı ən kiçik fərqləri belə dinləyib, ayırd etməyə alışırlar.

Bu amil uşaqlara məktəb illərində daha çox yardımçı olur. Onlar bu metodu mənimsədiklərinə görə, məktəbdə müəllim və təlimçiləri daha diqqətlə dinləyib, daha çox informasiya qəbul etmək bacarığına malik olurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir