koronavirus

Koronavirusu ağır keçirən uşaqlarda ilk simptomlar

Baxış sayı: 607

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov uşaqlarda yeni növ koronavirus infeksiyasının ağır formasının inkişafını göstərən bir sıra simptomları açıqlayıb.

A.Qorelovun sözlərinə görə, təngənəfəslik, bir neçə gün davam edən hərarət, eləcə də səpki ağır COVID-19 əlaməti ola bilər.

“Uşaqda təngənəfəslik və 3 gündən çox davam edən temperatur narahatçılığa səbəb olan əsas simptonlardır. Bu dəyişikliklər ağırlaşmanın əlamətləri, eləcə də çox iltihablı sindrom ola bilər”, – həkim “RİA Novosti”-yə verdiyi müsahibədə bildirib.

Mütəxəssis eyni zamanda səpkilərə diqqət yetirməyi tövsiyə edib.

Həkim əksər hallarda uşaqlarda koronavirus infeksiyasının daha yüngül keçdiyini vurğulasa da, ağırlaşma riskinin ola biləcəyini istisna etməyib. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir