sogan

Hər gün soğan yeyəndə bədəndə nə kimi dəyişikliklər olur?

Baxış sayı: 836

Soğan orqanizmə daxil olan kimi çox şeyi dəyişə bilir. Sağlamlığı gücləndirən vitamin və qidalarla zəngin olan soğan, gündəlik yeyildikdə möcüzələr yaradır.

Lent.az Türkiyə mətbuatına istinadən soğanın orqanizmə təsiri barədə məqaləni təqdim edir:

Hər gün soğan yeyəndə bədəndə nə kimi dəyişikliklər olur?

 

1) Sümük sıxlığını artırır

Nə qədər qəribə səslənsə də, bir neçə araşdırma tez-tez soğan yeməyin sümük sıxlığına müsbət təsir etdiyini göstərir. 1 ay ərzində hər gün soğan yemək sümük sıxlığını 5 faiz artırır!

 

2) Yüksək xolesterolu azaltmaqla ürək sağlamlığını qoruyur

İltihab əleyhinə xüsusiyyətə malik olan soğan, pis xolesterolu azaldır. Aşağı xolesterol səviyyəsi, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldaraq ürəyi də sağlam saxlayır.

 

3) Həzmi asanlaşdırır

Liflərlə zəngin soğan həzmi sürətləndirir. Bağırsaqlarda “yaxşı bakteriya” istehsalını artıraraq həzm prosesini asanlaşdırır.

 

4) Hüceyrənin zədələnməsinin qarşısını böyük ölçüdə alır

Soğan orqanizm üçün faydalı olan 25 fərqli antioksidant ehtiva edir. Antioksidantlar isə bizi yalnız müəyyən xəstəliklərdən qorumur, həm də hüceyrələrin zədələnməsinin qarşısını alır.

 

5) Ağız və göz sağlamlığına faydalıdır

Soğan təbii olaraq ağızdakı pis bakteriyaları məhv edərək ağız boşluğunun sağlamlığını təmin edir. Mikroblarla mübarizə aparan antimikrobiyal xüsusiyyətlər də dişləri gücləndirir. Soğanda kataraktla ilə mübarizə aparan və gözlər üçün çox faydalı bir maddə olan “quercetin” də var.

 

6) Normal yuxunu təmin edir

Kolorado Universitetinin araşdırmaları göstərir ki, soğan yemək yuxu keyfiyyətini yaxşılaşdırır.

Soğan əsasən bağırsaqların normal fəaliyyətini dəstəkləyən və stresi azaldan liflərdən ibarətdir.

 

7) Yaşlanmaya qarşı mübarizə apararaq dərini yeniləyir

A, C və E vitaminləri ilə zəngin olan soğan, istədiyiniz parlaq və mükəmməl dəri əldə etməyə kömək edə bilər.

Bəzi bitkilər bədənində yaranan xəsarətləri, yaraları çox tez müalicə edə bilir. Bu baxımdan soğanı sızanaq, yara və ya yara izlərinin üzərinə qoyaraq müalicəvi nəticə əldə etmək olar, onun daxili membran qatında olan maddələr dərini sakitləşdirə və canlandıra bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir